Müxtəlif məsələlər » Tanrı, bir dəstə insanın cəhənnəmə gedəcəyini öncədən bildiyi halda onları niyə yaradırdı?

Tanrı, bir dəstə insanın cəhənnəmə gedəcəyini öncədən bildiyi halda onları niyə yaradırdı?

Cəhənnəm dedikdə insanların zehninə adətən belə bir sual gəlir: “Allah, bir dəstə insanın cəhənnəmə düşəcəyini bildiyi halda onları niyə yaradırdı? Olmazdımı ki, onları heç yaratmayaydı? Kimlərinsə cəhənnəmə düşəcəklərini bildiyi halda onları yaratması həmin şəxslərə qarşı edilmiş böyük bir zülm deyilmi? Biri var 5-10 gün dünyada yaşayasan, axırda da sonun ağrılı-acılı cəhənnəm ola, biri də var elə bu başdan onu yaratmayaydın, ikinci variant daha yaxşı deyilmi?”.

Fəlsəfə və irfan » Ruminin “Mənəvi məsnəvisi” İslamın əsasının əsasını tərənnüm edir

Məsnəvi qaydalar kitabı deyil, qaydaların ruhunu tərənnüm edən eşq kitabıdır. 

Müsəlman olduğunu iddia edən şəxsin “İslamı”nın əsasları ağıl və sevgiyə əsaslanmırsa, deməli, iddiaçı İslamı qəbul etməmişdir. Müsəlman olduğunu iddia edən şəxsin dininin əsaslarında ağıl və sevgi dayanmayıbsa, onun İslamının əsaslarının əsası yoxdur. Ruminin “Mənəvi məsnəvi”nin bütün ideyasını bu prinsip təşkil edir. O, bütün “Məsənəvi” boyu insanları ağıla, sevgiyə, eyni zamanda ağıl və sevgiyə əsaslanan dinə səsləyir. Buna görə də Ruminin “Mənəvi məsnəvi”sini İslamın əsaslarının əsasını tərənnüm edən əsər hesab etmək tamamilə doğrudur.