
Neçə ildir bir dəstə sarsaq adam, başqa sarsaq adamlar tərəfindən düzəldilmiş bir videonu paylaşırlar ki, həmin videoda Ayətullah Vəhid Xorasani guya Ayətullah Xameneiyə qarşı ağır ifadələr işlədir.
Tanınmış fəqihlərimizdən birinin aşağıdakı məzmunda belə bir sözü var: “İrfan elmi mənim yanımdadır, Mövləvini başdan-ayağa istəyirsinizsə hamısı mənim yanımdadır, harasından istəsəniz sizin üçün deyə bilərəm. Әgər fəlsəfə istəsəniz, “Әsfar” kitabının əvvəlindən tutmuş axırına dək, “varlıq” mövzusundan başlamış “təbiət” mövzusuna dək harasından istəsəniz sizin üçün deyərəm. Amma bunların hamısı puçdur. Hər şey Quran və sünnədədir. Filolsofların səbəb və nəticə arasında var olduğuna inandıqları bənzərlik (sinxiyyət) iddiası yanlışdır. Varlığın təkliyi (vəhdətul-vücud vəl-mövcud) nəzəriyyəsi isə yanlışın yanlışı və küfrdür…”