Hz Məhəmmədə (s) atılan pedofil ittihamlarının gerçək əsasları varmı?

Günümüzdə islam dini əleyhinə səsləndirilən və artıq tez-tez eşitməyə alışdığımız ən önəmli hesab oluna bilinəcək iradlardan biri də islam peyğəmbəri Hz Məhəmmədin özündən çox kiçik olan azyaşlı Aişəylə evlənməsi məsələsidir. 

Bəziləri 55 yaşlı Məhəmmədin 9 yaşlı Aişəylə, arada olan böyük yaş fərqinə rəğmən evlənməsini pedofillik olaraq açıqlayırlar. Bu dəstənin iddiasına görə azyaşlı uşaqlara yönəlik cinsi istəklərin yaranması pedofilliyin bariz əlamətidir. Belə bir evliliyin baş tutması da müsəlmanların, tanrının elçisi olduğunu güman etdikləri bir şəxsin həqiqətdə pedofil biri olduğunun aşkar şəkildə göstərməkdədir. Şübhəsiz, əgər tanrı insanlar üçün öz tərəfindən bir nəfəri elçi göndərmək istəsəydi bu posta heç zaman bu cür cinsi rahatsızlığı olan birini seçməzdi. Deməli Məhəmmədin peyğəmbər olması tezisi tamamilə uydurmadır.

Hz Məhəmmədə yönəlik pedofilliklə bağlı bu iddia bir neçə yöndən mübahisəlidir. İndi isə bu iradları aşağıdakı bəndlər şəklində sadalayacağam:

1) Məsələnin düzgün həlli üçün ilk öncə pedofil termini dəqiq şəkildə izah olunmalıdır. Pedofili qısa şəkildə izah etmək istəsək bunun insanda yaranan psixoseksual bir rahatsızlıq, ruhi-psixoloji xəstəlik olduğunu deyə bilərik. İnsanda bu xəstəliyin yaranmasının müxtəlif amilləri vardır. Hamilə olarkən qadının ciddi stersslər yaşaması, lazımı şəkildə bəslənməməsi, uşaq vatı cinsi istismara məruz qalması nəticəsində beyinin travma alması, beynin inkişafında yaranan anormallıqlar, bunun nəticəsində də şəxsdə yaranan özünəqapılmalar, ailə və sosyal sahədə normal əlaqələrin qurula bilməməsi və s kimi amillər pedofilliyin əsas əlamətləridir. Deməli pedofillik ruhi-psixoloji xəstəlikdir. Pedofil şəxsdə uşaqlara yönəlik cinsi istəklərin yaranması birbaşa onun ruhi-psixoloji rahatsızlığıyla bağlıdır. Bu da onu göstərir ki, ortada heç bir ruhi-psixoloji rahatsızlıq olmadan, təbii ehtiyaclar daxilində qurulan ailə bağları heç də yaşlı tərəfin pedofil olduğunun göstəricisi deyildir.

2) Yuxarıda qeyd etdiyim kimi bir şəxsə o zaman pedofil deyilə bilər ki, həmin şəxsdə ruhi-psixoloji rahatsızlıq gərəyi azyaşlı uşaqlara qarşı cinsi meyillər yaransın. Arada olan yaş fərqi isə hər zaman pedofilliyin göstəricisi deyildir. Məsələn, Azərbaycanın tanınmış milyonçusu Hacı Zeynəlabdin Tağıyev 73 yaşında olarkən oğlunun həyat yoldaşının kiçik bacısı 16 yaşlı Sona xanımı görür və ona vurulur. Daha sonra da arada olan böyük yaş fərqinə baxmayaraq 73 yaşlı Tağıyevlə 16 yaşlı Sona Әrəblinski evlənirlər. Bu evlilik nəticəsində Hacı Zeynəlabdin Tağıyev oğlunun bacanağı olur. Cütlüklər arasında olan 57 yaş fərqinə baxamayaraq hələ bu günə dək heç kim çıxıb Tağıyevin pedofil olduğunu söyləməyib. Zatən belə bir iddianın əsassız olması da gün kimi aydındır. Çünki, Tağıyevin özündən 57 yaş kiçik olan 16 yaşlı Sona xanıma olan istəyi tamamilə təbii amillərdən qaynaqlanırdı və ortada pedofilliyə yol açacaq heç bir ruhi-psixoloji rahatsızlıq mövcud deyildi.

3) Aişə xanımın evlənən zaman hansı yaşda olması tarixçilər arasında mübahisəlidir. Bir çox hədis kitablarında Aişənin evlənən zaman 9 yaşının olduğu qeyd olunmasına baxmayaraq tarixçilər bəzi önəmli sayılabiləcək arqumentlərə söykənərək bu yaşın 9 deyil, 19 olduğunu söyləyirlar. Qeyd olunan müddəanın isbatı üçün Aişəylə böyük bacısı Әsma arasında olan yaş fərqi hesablanmalıdır. Tarixçilərin yekdilliklə qəbul etdikləri görüşə əsasən Aişənin böyük bacısı Әsma, hicrətdən 27 il öncə dünyaya gəlmiş, hicrətin 73-cü ilində 100 yaşındaykən dünyasını dəyişmişdir. Həmçinin tarixçilər arasında olan fikir birliyinə görə Әsma Aişədən 10 yaş böyük olub. İndi gəlin qısa bir hesablama aparaq. Әsmanın hicrətdən 27 il öncə dünyaya gəldiyini nəzərə aldıqda Hz Məhəmmədə iman gətirən zaman (besətin ilk ilində) 14 yaşı olduğu məlum olur. Tarixçilərin yazdıqlarına əsasən Әsma islamı qəbul edən zaman Aişə də onun yanında idi. Arada olan 10 illik yaş fərqini nəzərə aldıqda həmin vaxt Aişənin 4 yaşı olduğu məlum olur. Aişənin Hz Məhəmmədlə evləndiyi ili (hicrətin 2-ci ili, yəni islamı qəbul etdikdən 15 il sonranı) nəzərə aldıqda həmin vaxt 19 yaşı olduğu məlum olur. Deməli Aişə Hz Məhəmmədlə evlənən zaman 19 yaşı olmuşdur. Bundan əlavə Aişənin bacısı Әsmayla birlikdə besətin ilk ilində Hz Məhəmmədə iman gətirdiyini söyləyən tarixi sənədlər Aişənin hicrətin 2-ci ilində Hz Məhəmmədlə ailə qurduğu zaman 9 yaşı olması iddiasını təkzib etməkdədir. Çünki, bu iki tarix arasında 15 il zaman fərqi vardır. Aişənin evləndiyi zaman 9 yaşının olduğunu qəbul etsək, o zaman həmin tarixdən 15 il öncə necə islamı qəbul edib? Bir halda ki, həmin vaxt onun olmaması gərəkirdi? Deməli bu fakt da Aişənin evlənən zaman 19 yaşı olduğu iddiasını qüvvətləndirməkdədir. Belə olan təqdirdə, 73 yaşlı Tağıyevlə 16 yaşlı Sona xanımın evliliyi Tağıyev üçün pedofillik hesab olunmadığı halda, nəyə görə 55 yaşlı Məhəmmədin 19 yaşlı Aişəylə evlənməsi pedofillik hesab olunmalıdır???

4) Azyaşlı biriylə evlənmək o dövürdə Məkkə kültüründə adi bir hal sayılırdı. Quran ayələrindən və tarix kitablarından oxuduğumız qədəriylə Məkkə müşrikləri özünü tanrının elçisi olduğunu iddia edən Məhəmməddə ən kiçik sayıla biləcək xırda səhvi tutmaq üçün səfərbər olmuşdular. Әgər azyaşlı biriylə evlənmək anormal bir hadisə olmuş olsaydı o zaman həmin şəxlslər bu hadisəni mütləq Məhəmmədin əleyhində istifadə edərdilər. O düvrün Məkkəyə hakim olan kültüründə məqbul hesab olanun bir işi durub 1400 ildən sonra tamam fərqli parametrlərə sahib bir kültürdən sorğulamağa çalışmaq isə məntiqi baxımdan olduqca yanlış bir addımdır. Postmodernistlərə görə nəinki qədim, hətta, bir-biriylə müasir olan iki fərqli mədəniyyətin bir-birilərini arada olan fərqliliklərə görə sorğulaması doğru olmayan yanaşmadır.

Nəticə:

Yuxarıda qeyd olunan dəlillər bir daha onu göstərir ki, Hz Məhəmməd əleyhinə səsləndirikən pedofillik iddiası əsassızdır. Pedofillik ruhi-psixoloji rahatsızlıqlar nəticəsində fərdin cinsi həyatında müəyyən problemlərin, azyaşlı uşaqlara qarşı cinsi meyllərin baş qaldırmasıdır. Deməli, cütlüklər arasında olan böyük yaş fərqini hər zaman pedofilliyin göstəricisi olaraq qələmə vermək tibbi baxımdan yanlış dəyərləndirmədir. Әks təqdirdə Tağıyev misalında olduğu kimi gərək arada böyük yaş fərqi olan bütün evliliklərdə yaşlı tərəfin pedofil olduğunu söyləyək. Yox, əgər yaş fərqi pedofillik üçün yetərli göstərici hesab olunmursa, üstəlik yaşlı tərəfin ruhi-psixoloji heç bir sarsıntı, beyin travması, ailə-sosial münasibatləri qurmaqda heç bir çatışmamazlığı yoxdursa, həmin şəxsin pedofil olma ehtimalı daha da azalmaqda, hətta aradan getməkdədir. Bütün bu qeyd olunanlar bir daha Hz Məhəmmədə yönəlik pedoffillik iddiasının əsassız olduğunu göstərməkdədir..

Höccətul İslam Şeyx Təbriz Nəcəfi  

Bu bölmədə