Neçə ildir bir dəstə sarsaq adam, başqa sarsaq adamlar tərəfindən düzəldilmiş bir videonu paylaşırlar ki, həmin videoda Ayətullah Vəhid Xorasani guya Ayətullah Xameneiyə qarşı ağır ifadələr işlədir.
Bu gün yeni bir video ortaya çıxardıblar. Ayətullah Vəhidin keçən il İmam Hadinin(ə) şəhadətindən öncə yenə dərslərinin birində etdiyi bir çıxışı paylaşırlar ki, Ayətullah Vəhid deyir İmam Hadinin(ə) şəhadətini geniş şəkildə keçirin. Həmin bununla yanaşı Ayətullah Xameneinin bu ilki Novruz təbrikini paylaşır və deyirlər ki, 2 nəfərin İmam Hadinin(ə) şəhadətinə təsadüf edən Novruza olan münasibətinə özünüz qiymət verin. Əvvəla insan nə qədər alçaq olmalıdır ki, keçən il olan çıxışı bu ilki çıxış kimi təqdim etsin. İkincisi, İranda Novruz bayramı ilə yeni il təhvil olur. Ayətullah Xamenei Novruz bayramı ilə təbrik etməklə yeni ilin bərəkətli olmasını arzu edir. Özü də tək İran xalqına yox, bütün Novruz bayramını qeyd edən xalqlara təbrik deyir həmin təbrikdə. Üçüncüsü, bu gün səhər Məşhəddə ənənəvi yeni il çıxışında o, İmam Hadinin(ə) şəhadətilə bağlı öz təsliyətini də ərz edib və bu barədə bir neçə cümlə də buyurub. Dördüncüsü, hal-hazırda Təbrizdəyəm və camaatın əksəriyyətinin bayram olmasına baxmayaraq televiziya kanallarında rövzə və mərsiyələr göstərməsinə necə etiraz etməsini yaxından görürəm. Yəni Ayətullah Xameneini İmam Hadiyə(ə) qarşı qoyan əclaflar bilməlidirlər ki, İran əhalisi Novruz bayramı günündə ölkədə bayram əhval ruhiyyəsi olmadığı üçün başda Ayətullah Xamenei olmaqla ruhaniyyətə etiraz edirlər. Sosial şəbəkələrdə bizim ölkənin televiziya kanallarından olan bayram verilişlərinin şəkilləri və videoları ilə yanaşı öz ölkələrinin televiziya kanallarında göstərilən rövzə və mərsiyələrin şəkil və videolarını paylaşaraq ölkədə bayram əhval ruhiyyəsi olmadığı üçün etiraz edirlər. Amma mən əminəm ki, həmin əclaflar bunu çox gözəl bilirlər. Sadəcə olaraq Ayətillah Xameneiyə öz düşmənçiliklərinin və nifrətlərinin müqabilində camaatın ona məhəbbət göstərməsini həzm edə bilmədikləri üçün yalan və fitnə ilə bu məhəbbətin qarşısını almaq istəyirlər. Yenə bunu vuruğulayım ki, özləri bir zibil olmadığı üçün Ayətullah Vəhidin adında istifadə edirlər ki, yalanlarının kəsəri olsun. Amma Quran buyurduğu kimi, bu səfehlər dərya üzərindəki köpük kimidirlər. Yəni onlar haqqı çox qısa müddət ləkələyə bilərlər. Haqq həmişə haqdır və batil ona heç vaxt yol tapa bilməyəcək.
Vüsal Sadıxov