Təkfirçiliyə aparan yol...

Təkfirçiuliyə aparan yol nə ilə bağlıdır? Düşüncə ilə, yoxsa hədislərin zəyifliyi ilə? Məncə burda düşüncə tərzi daha çox rol oynayır. Hərdən hoqqabazlıqda öz təsirini qoyur. Bu aşağıdaki hədisi gətirib deyirlər ki İmamın (ə) vilayətinə iddia edən kafirdir.

Əlbətdə ki burda əsas hədəf mərcələrdir ki fəqihin vilayətini dəstəkləyirlər. Əslində isə fəqihin vilayətini dəstəkləməyən mərcə yoxdur. Amma bu hədisi bu cür təqdim edərkən "təkfirçi şiəliyə" üz tutan kəslərin hədəfi məhz fəqihin mütləq vilayətini dəstəkləyənlərdir. Halbuki hədisdə bu barədə heçnə deyilmir. Hədisi oxuyaq:

Hüseyn ibn Xalid belə nəql edir: "Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik, onlar onu götürməkdən boyun qaçırtdılar (Əzhab 72 ) ayəsinin təfsirini İmam Rzadan (ə) soruşdum. Buyurdu: burdakı əmanət vilayətdir. Kimsə haqsız yerə vilayət iddiasında olsa kafirdir". (Uyunu Əxbər əl-Rza (ə) bab 28, hədis 52)

Oxudunuz? Nə başa düşdünüz? Bu hədisdən başa düşülürmü ki fəqihin vilayəti batildir? Yəni belə bir nəticəyə gəlmək məcburiyyətindədyik? Heç bir sual yaranmır? Bu hədis möhkəm dəlildir? Yox! Çünki ağıllı insanın sualları yaranır.

Məsələn bir sual. Əgər kimsə İmamın (ə) vilayətinə haqsız olaraq iddia edirsə aydındır ki kafirdir. Çox gözəl. Yaxşı bəs İmam (ə) özü bu vilayəti fəqihlərə tapşırırsa onda necə? Bu hədisi gətirənin belə bir fikir ağıllarından keçmir? Yox, keçmir. Çünki beyinləri quruyub.

Bu hədisə cavab verirəm. Bu hədislə tam razıyam. Cavab da budur ki İmamın (ə) vilayətinə haqsız olaraq iddia edən zülmkar xəlifələr kafirdir. Bu hədisi nəyə görə fəqihə şamil etməliyik ki? Bu kafirlər elə məsələn Bəni-Üməyyə xəlifələri olsunlar.. Onlar İmama (ə) məxsus olan hakimiyyəti qəsb etmədilər? Etdilər! İmam (ə) sağ idi? Sağ idi. Qeybdə deyildi ki? Yox, deyildi.

İndi bu təkfirçi zehyniyata malik olan insalar üçün Qeybdə olmaqla, olmamağın fərqi yoxdur görəsən? Qeybdə olmaq özü bir hadisədir ki Qeybdə olmamaqla böyük bir fərqi var. Fərq də odur ki biz İmamla (ə) rabitə qura bilmirik, İmam (ə) əlçatmazdır. Bu halda İmam (ə) özü müsəlmanlara tapşırıb ki gələcəkdə ortaya çıxan məsələlərə görə fəqihə müraciə edin. Bu nə deməkdir? Bu o deməkdir ki "səlahiyyətlərimi verdim fəqihə, ona tabe olun". Deməli bu səlahiyyət ötürülməsi qanunidir və nahaq deyil. İmamın (ə) icazəsi ilə verilən vilayətdə heç bir problem yoxdur.

Bundan başqa. Bu hansı vilayətdir? Təkvini vilayətdir yoxsa təşrii? Əlbətdə təkvini vilayət yalnız İmama (ə) məxsusdur. Fəqihə keçən vilayət isə təşriidir. Təşrii vilayətdə iki yerə bölünür. Birincisi qanun qoyma haqqıdır ki bu ancaq Peyğəmbərə (s) və İmamlara (ə) məxsusdur. İkincisi isə əmr və çəkindirmə haqqıdır ki bu fəqihlərə İmam (ə) tərəfindən tapşırılıb. Fəqihin əmr edib çəkindirmək hüququ vardır və bu zaman başqaları ona tabe olub göstərişlərinə əməl etməli və qadağan etdiklərindən çəkinməlidirlər. Bu əmrlər də elə həmin Quran və Sünnə üzərindən olunur. Bu müqəddəs Qanunları da Allah Peyğəmbər (s) və İmamlar (ə) vasitəsi ilə ortaya qoyub.

İndi aydın olur ki hətta fəqih belə İmamda (ə) olan vilayətin tam həcminə heçvaxt yiyələnə bilməz və buna iddialı da deyil. O ancaq mövcuq qanunlar üzərindən əmr verə bilər və çəkindirə bilər.

Bu sadə məntiqlə ağıllı insanlar başa düşür ki bu hədis heç vaxt fəqihlərə aid ola bilməz.

Başqa tərəfdən baxaq. Əgər bu hədisi necə var eləcə hamıya şamil etsək, onda belə çıxır ki indiyə dək bütün mərceyi təqlidlər kafir olublar. Vilayəti fəqih mütləqəni də, müqəyyədəni də dəstəkləyən fəqihlərin hamısı kafir olub. Çünki fəqihin vilayəti bütün alimlər tərəfindən qəbul olunub. İxtilaf sadəcə səlahiyyətlərdə və sübut ermə metodlarındadır.

Məsələn bu axmaq məntiqlə Ayətullah əl-Üzma Seyid Sistani kafirdir. Çünki o İmamın (ə) yerinə onun səlahiyyətini icra edərək, onun vilayətinə aid olan işə əl qoyub, İŞİD-ə qarşı cihad fətvası verib. İmam (ə) qeybdə olmasaydı cihad əmrini o verəcəkdi. Burda nə oldu? Sistani ağa İmama (ə) aid olan işi gördü. Deməli o kim olur? Kafir olur. Sistani ağa da fəqihin vilayətini qəbul edən adamdır. İndi hansı formasını qəbul edir o ikinci məsələdir. Fakt ondadır ki bu mərcə çox mühüm siyasi işə əl atıb ümmətin talehinə təsir göstərəcək bir fətva verib. O İmamın (ə) zühurunu gözləməyib, düşünüb ki gözləsə İraq məhv olacaq. Amma bu tərəfi təkfiçiləri düşündürmür. Onlar üçün əsas odur ki təkfir etsinlər.

Bax belə dostlar! Bəzi insanlar bir hədis gətirəndə düşünmək istəmirlər. Fikirləşmək istəmirlər. Onlara daha asanı odur ki hədisi gətirib fəqihi təkfir etsinlər. Özlərində heç bir elmi dərəcələri yoxdur. Düzür hərdən bir hansısa fəqihi bayraq da edirlər ki, güya bunlar ona itaət edirlər və hansınısa ələm sayırlar. Birisin adı ilə başqasını vururlar. Əslində isə belə deyil. Bu tamamilə dağıdıcı, təkfirçi bir qrupdur və artıq zahirən elə görsənir ki bu işi təkidli sifarişlə görürlər. Bu qədər!

 

Bu bölmədə