Şirazilər kimlərdir? Ziddi vilayət silsiləsindən.

Nəcəfdə yaşadıqları vaxt, İmam Xomeyni Nəcəfə sürgün olundu. Nəcəf hövzəsinin Şirazilərə münasibəti bir mənalı deyildi. Nəcəf elmi hövzəsinin o zamanki rəhbəri Ayətullah Seyid Muhsin Əl Həkim, dəfələrlə Məhəmməd Şirazini yersiz fətvalar verdiyi üçün qınamışdı.

Ayətullah Məhəmməd Şirazi
Seyid Həkimin qınadığı fətvalardan biri, Ayətullah Məhəmməd Şirazinin ərbəində yanar od üstündə yerimək çağırışı idi. Şirazilər radikal fətvalar ilə tanınırlar, baş yarmaq, od üstündə yerimək və s.

Şəkildə İmam Xomeyninin yanında oturub onunla danışan kişi həmin Ayətullah Məhəmməd Şirazidir (Sadiq Şirazinin böyük qardaşı). Həmin vaxtlar İmama dəstək verirdi. Nəcəf elmi hövzəsi ilə arası yaxşı deyildi. Ayətullah Seyid Əbul Qasim Xoyi (Ayətullah Seyid Muhsin Əl Həkimdən sonra Nəcəf hövzəsinin rəhbəri), Məhəmməd Şirazinin ictihadın təsdiq etmədiyinə görə Şirazilər ona nifrət edirlər. Yəni əsl həqiqətdə bu insanlar Ayətullah belə deyil. Şirazilərin müqəllidlərinin iddialarına görə Seyid Xoyi, qorxubki, Məhəmməd Şirazinin ictihadın təsdiq etsə, Şirazi gedib kuveytdə hövzə açar və Xums pulları Nəcəf hövzəsindən Kuveytə axar. Əlbətdə bu cür əsassız iddialar, nifrətdən yaranan məlikməmməd nağıllarından başqa bir şey deyil.

İmama Xomeyniyə qarşı isə dostluqdan düşmənçiliyə keçən Şirazilər onun, onlara qarşı soyuqqanlı munasibətindən sonra yarandı. İmamın böyük filosof, və Soyid Xoyinin tələbəsi olan Ayətullah Şəhid Məhəmməd Baqir Sədrlə olan rabitəsi, Nəcəf hövzəsi ilə arası pis olan Şiraziləri qıcıqlandırdı. Daha sonralar, 1979-da İmam İrana döndü, İslam inqilabını edib Dövlət qurduqdan sonra, həmin dövrdə İraqın başına Səddam Hüseyn keçdi. Səddamın şiələrə verdiyi zülm pik həddinə çatdıqda, 5 milyon İraqlı şiə İrana qaçdı. Onların arasında bildiyiniz kimi, nəcəf elmi hövzəsinin rəhbəri Ayətullah Seyid Muhsin Əl Həkimin oğlanları, Şəhid Məhəmməd Baqir Əl Həkim və Seyid Əbdüləziz Əl Həkimdə var idi. Şirazilər isə, muqəddəs hərəmlər Səddam ordusu tərəfindən bombalandığı vaxt, Kərbəladan Kuveytə ordanda İrana qaçdılar. Lakin İmama qarşı olan düşmənçilikləri, səbəbindən İran-İraq muharibəsi vaxtı, bütün şiə alimləri İrana dəstək verdikləri vaxt, Məhəmməd Şirazi tərs fətva verdi. Fətva isə belə idi:

"İraq ordusu əleyhinə muharibəyə getmək caiz deyil". Bəhanələri isə qan tökülməsin deyə bu fətva verilib demələridir. Halbuki bu fətva bu tərəf üçün caiz deyil, çünki muharibəni başladan Səddamdır, və İran torpaqların işğal edib. İslamdan əlavə ağıl hökm edirki, işğal altındaki torpaq azad olunmalıdır. Nəysə, əslində bu fətvanın əsil səbəbi yenə Ayətullah Məhəmməd Baqir Sədrdirki, o Nəcəfdə İmam Xomeyniyə dəstək verdiyi üçün İraqlılara İran əleyhinə muharibəyə getməyin caiz olmadığı fətvasını verməsi idi. Bu fətvadan 1 həftə sonrada bildiyiniz kimi Səddam tərəfindən şəhid edildi. Yasir Həbib Şəhid Sədr barədə "ölərkən ağzındaki son sözün küfr olduğunu" söyləməsi, Şəhid Sədrin İmam Xomeyniyə dəstək verdiyi üçün, ona qarşı nifrətlərindən yaranan sözdür. Halbuki İraq xalqı üçün Şəhid Sədr və Bacısı umumiyətlə Sədr ailəsi, muqəddəs hesab olunur. Demək olarki İraqın hər şəhərində küçələrdə, şiə ailələrin evində onların şəkilləri asılır.

Bəli, İmam Xomeyni də Vəliyyi Fəqih olaraq, təbiikidə bu öz başına və tağut fətvaya görə Məhəmməd Şirazini ev həbsinə məhkum etdi. Və beləliklə Vilayət və ziddi vilayət məsələsi atəşləndi. Şirazilər digər bütün alimlər kimi fəqihin dövlət idarə edəcəyini qəbul edirlər, lakin şura şəklində. Yəni ölkədə 50 dənə ictihad dərəcəsinə çatmış müctehid varsa, 50 nəfər birlikdə rəhbər olsun. Bu fikrə Ayətullah Misbah Yəzdi öz kitabında rəddiyə yazaraq söyləyir: "Bunu balaca uşaq da dərk edirki, bir o qədər adamın çoxluq şəklində ölkə idarə etməsi xaos yaradar və rəhbərlikdə hərc mərclik gedər!"

Bunun ən bariz nümunəsi İraqdır. Üstəlik bu mövzu barədə bəhsə belə ehtiyac yoxdur, çünki bu məsələnin nə əqli nədə nəqli dəlili var. Ayətullah Məhəmməd Şirazi bu məsələdə şura surəsinin 38-ci ayəsini dəlil gətirir "O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər." Bu ayədə söhbət dövlətdən və dövləti şura şəklində idarə etməkdən getmir. Əlbətdəki Vəliyyi Fəqih, nəinki şurada din alimləri ilə, umumiyətlə generallar, prezident, iqtisadiyatçılar və siyasətçilərlə məsləhətləşir. Heç kim məsləhətləşmənin əleyhinə deyil, lakin idarəetmə tək nəfər tərəfindən olmalı və itaət bir nəfərə edilməlidir ki, yekun qərar ona aiddir. Bu aydın məsələdir. İranda Ayətullah Xameneyi baş yarmanı qadağa etdi və bütün müctehidlər ona təbeçilik edərək fətvaların dəyişdirdilər və tətbiri (baş yarmanı nəyh etdilər). Əlbətdə ziddi vilayətçilər itaət etmədikləri üçün fətvaların dəyişdirmədilər, lakin dövlət Ayətullah Xameneyi tərəfindən idarə olunduğu üçün, hökümət quvvələri hətta həmin alimlərin muqəllidlərinə baş yarmağı ölkə ərazisində həyata keçirməyə imkan vermirlər. Başını yarmaq istəyən başqa ölkədə bu işi görsün. Yəni dövlət vahid güc və struktur tərəfindən idarə olunur. İmam Xomeyninin nəzərinə görə ölkə ən ələm alim tərəfindən idarə olunmalıdır və 1 nəfər ələm rəhbərlik üçün kifayətdir. Təbii məsələdirki, İranda islam inqilabını edən, və islam hökümətini quran İmam Xomeyni olduğu üçün heç şübhəsiz onun rəhbər olması tam ədalətə uyğundur üstəlik onun elmini də heç kim mübahisə edə bilməz. Yəni onun rəhbər olmasına heç kim bir bəhanə gətirə bilməz. Buna görədə İmam Xomeyniyə bu baxımdan söz deye bilməyən Şirazilər və bəzi ziddilər, onun şəxsiyətini qaralamağa keçiblər.

İmam Xomeynini isə zalim olmaqda ittiham edirlər. Beləki bir çoxunuz yəqinki, youtube da, bizim dilə təzəcə tərcümə olunmuş, Sadiq Şirazinin İran əleyhinə danışıqlarını dinləmisiz. O, İmam Xomeynini ölkəyə qayıtdıqdan sonra Şahın adamlarına qarşı mərhəmətli olmamaqda ittiham edir. Bu o qədər gülüncdürkü, halbuki hərkəs bilir, əgər İmam Xomeyni Şahın generalların edam etməsəydi, (O generallarki, inqilab dövründə minlərlə İranlı müsəlmanı öldürərək, cəsədlərin Tehran yaxınlığındaki duzlu gölə atdı) həmin generallar, Amerika ilə əlbir olub hərbi çevriliş edəcəkdilər. Eyni ilə Misirdə Mursinin hərbi çevriliş ilə devrilməsi kimi. Düzdür İslam əfv dinidir, lakin islamda tağuta mərhəmət caiz deyil və şəriət qanunlarının icrası vacibdir. İmam Əlinin (ə.s) əfvin şərtləri barədə olan hədisi hərkəsə məlumdur. Bu savadsızca və cahilcəsinə ittihamlar İmam Xomeyninin uca məqamına heç bir zərər vermədi. Lakin bütün məsələlər İmam Xomeyninin özündən sonraki xələfi Ayətullah Xameyeni ağanın üzərində cəmləndi. İmam Xomeyninin ictihadına söz tapa bilməyənlər, Ayətullah Xameneyinin elmin hədəf alıblar.Bu barədə isə gələcək paylaşımlarda cavab verəcəyik. Onu İslam alimlərinə zülm verməkdə ittiham edirlər. İmam Xomeyni barədə məntiqli ittiham tapa bilmədikləri və onun barəsində heç bir bəhanə gətirə bilmədikləri üçün onun Xələfinə hücümlarının səbəbi ən azından hərkəsə məlumdur.

Bu bölmədə