Nəcəfdə yaşadıqları vaxt, İmam Xomeyni Nəcəfə sürgün olundu. Nəcəf hövzəsinin Şirazilərə münasibəti bir mənalı deyildi. Nəcəf elmi hövzəsinin o zamanki rəhbəri Ayətullah Seyid Muhsin Əl Həkim, dəfələrlə Məhəmməd Şirazini yersiz fətvalar verdiyi üçün qınamışdı.
Şəkildə İmam Xomeyninin yanında oturub onunla danışan kişi həmin Ayətullah Məhəmməd Şirazidir (Sadiq Şirazinin böyük qardaşı). Həmin vaxtlar İmama dəstək verirdi. Nəcəf elmi hövzəsi ilə arası yaxşı deyildi. Ayətullah Seyid Əbul Qasim Xoyi (Ayətullah Seyid Muhsin Əl Həkimdən sonra Nəcəf hövzəsinin rəhbəri) , Məhəmməd Şirazinin ictihadın təsdiq etmədiyinə görə Şirazilər ona nifrət edirlər. Yəni əsl həqiqətdə bu insanlar Ayətullah belə deyil. Şirazilərin müqəllidlərinin iddialarına görə Seyid Xoyi, qorxubki, Məhəmməd Şirazinin ictihadın təsdiq etsə, Şirazi gedib kuveytdə hövzə açar və Xums pulları Nəcəf hövzəsindən Kuveytə axar. Əlbətdə bu cür əsassız iddialar, nifrətdən yaranan məlikməmməd nağıllarından başqa bir şey deyil.
İmama Xomeyniyə qarşı isə dostluqdan düşmənçiliyə keçən Şirazilər onun, onlara qarşı soyuqqanlı munasibətindən sonra yarandı. İmamın böyük filosof, və Soyid Xoyinin tələbəsi olan Ayətullah Şəhid Məhəmməd Baqir Sədrlə olan rabitəsi, Nəcəf hövzəsi ilə arası pis olan Şiraziləri qıcıqlandırdı. Daha sonralar, 1979-da İmam İrana döndü, İslam inqilabını edib Dövlət qurduqdan sonra, həmin dövrdə İraqın başına Səddam Hüseyn keçdi. Səddamın şiələrə verdiyi zülm pik həddinə çatdıqda, 5 milyon İraqlı şiə İrana qaçdı. Onların arasında bildiyiniz kimi, nəcəf elmi hövzəsinin rəhbəri Ayətullah Seyid Muhsin Əl Həkimin oğlanları, Şəhid Məhəmməd Baqir Əl Həkim və Seyid Əbdüləziz Əl Həkimdə var idi. Şirazilər isə, muqəddəs hərəmlər Səddam ordusu tərəfindən bombalandığı vaxt, Kərbəladan Kuveytə ordanda İrana qaçdılar. Lakin İmama qarşı olan düşmənçilikləri, səbəbindən İran-İraq muharibəsi vaxtı, bütün şiə alimləri İrana dəstək verdikləri vaxt, Məhəmməd Şirazi tərs fətva verdi. Fətva isə belə idi: "İraq ordusu əleyhinə muharibəyə getmək caiz deyil".
Bəli, İmam Xomeyni də Vəliyyi Fəqih olaraq, təbiikidə bu öz başına və tağut fətvaya görə Məhəmməd Şirazini ev həbsinə məhkum etdi. Və beləliklə Vilayət və ziddi vilayət məsələsi atəşləndi. Şirazilər digər bütün alimlər kimi fəqihin dövlət idarə edəcəyini qəbul edirlər, lakin şura şəklində. Yəni ölkədə 50 dənə ictihad dərəcəsinə çatmış müctehid varsa, 50 nəfər birlikdə rəhbər olsun. Bu fikrə Ayətullah Misbah Yəzdi öz kitabında rəddiyə yazaraq söyləyir: "Bunu balaca uşaq da dərk edirki, bir o qədər adamın çoxluq şəklində ölkə idarə etməsi xaos yaradar və rəhbərlikdə hərc mərclik gedər!"
Bunun ən bariz nümunəsi İraqdır. Üstəlik bu mövzu barədə bəhsə belə ehtiyac yoxdur, çünki bu məsələnin nə əqli nədə nəqli dəlili var. Ayətullah Məhəmməd Şirazi bu məsələdə şura surəsinin 38-ci ayəsini dəlil gətirir "O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər." Bu ayədə söhbət dövlətdən və dövləti şura şəklində idarə etməkdən getmir. Əlbətdəki Vəliyyi Fəqih, nəinki şurada din alimləri ilə, umumiyətlə generallar, prezident, iqtisadiyatçılar və siyasətçilərlə məsləhətləşir. Heç kim məsləhətləşmənin əleyhinə deyil, lakin idarəetmə tək nəfər tərəfindən olmalı və itaət bir nəfərə edilməlidir ki, yekun qərar ona aiddir. Bu aydın məsələdir.
İmam Xomeynini isə zalim olmaqda ittiham edirlər. Beləki bir çoxunuz yəqinki, youtube da, bizim dilə təzəcə tərcümə olunmuş, Sadiq Şirazinin İran əleyhinə danışıqlarını dinləmisiz. O, İmam Xomeynini ölkəyə qayıtdıqdan sonra Şahın adamlarına qarşı mərhəmətli olmamaqda ittiham edir. Bu o qədər gülüncdürkü, halbuki hərkəs bilir, əgər İmam Xomeyni Şahın generalların edam etməsəydi, (O generallarki, inqilab dövründə minlərlə İranlı müsəlmanı öldürərək, cəsədlərin Tehran yaxınlığındaki duzlu gölə atdı) həmin generallar, Amerika ilə əlbir olub hərbi çevriliş edəcəkdilər. Eyni ilə Misirdə Mursinin hərbi çevriliş ilə devrilməsi kimi. Düzdür İslam əfv dinidir, lakin islamda tağuta mərhəmət caiz deyil və şəriət qanunlarının icrası vacibdir. İmam Əlinin (ə.s) əfvin şərtləri barədə olan hədisi hərkəsə məlumdur. Bu savadsızca və cahilcəsinə ittihamlar İmam Xomeyninin uca məqamına heç bir zərər vermədi. Lakin bütün məsələlər İmam Xomeyninin özündən sonraki xələfi Ayətullah Xameyeni ağanın üzərində cəmləndi. İmam Xomeyninin ictihadına söz tapa bilməyənlər, Ayətullah Xameneyinin elmin hədəf alıblar.Bu barədə isə gələcək paylaşımlarda cavab verəcəyik. Onu İslam alimlərinə zülm verməkdə ittiham edirlər. İmam Xomeyni barədə məntiqli ittiham tapa bilmədikləri və onun barəsində heç bir bəhanə gətirə bilmədikləri üçün onun Xələfinə hücümlarının səbəbi ən azından hərkəsə məlumdur.