Arizona Universitetinin professoru Cefri Halverson: “İran İslam Respublikasına qarşı “Kərbəla” məsələsindən istifadə edək, Şirazilərə dəstək verək…” Bu şəkildə gördüyünüz şəxs amerikalı Cefri Halverson (Jeffry R. Halverson), Arizona Universitetinin ideoloqudur Professordur.
Cefri Halverson, Şirazilərin bu rola ən münasib variant olmasını isbat etmək üçün, bir çox dəlillər gətirir. O cümlədən, bu cəryanın başında duranların seyyid olması, bunların əslinin Kərbəladan və burada kifayət qədər tərəfdarlarının olması, İran hakimiyyətinə müxalif olmaları, bu şəxsə “İmam Şirazi” (məsələn Məhəmməd Şiraziyə İmam Şirazi deyirdilər) adının qoyulmasının münasib olması və sonradan İran rejiminin guya ona zəhər verib öldürməsinə dair şayiənin hazırlanması. Məqalənin sonunda isə, bunların təfəkkürünün yayılması üçün, ABŞ konqresinə bu qrupa informasiya vasitələri, o cümlədən, peyk kanalları, internet vasitələri, xəbər saytları və.s təklif edir. Artıq bu məqalənin yazılmasından 8 il ötür və bu illər ərzində şiələri yoldan çıxartmaq üçün Şirazilərə aid onlarla peyk kanallarının, saytların, sosial şəbəkələrdə təbliğatçılarının artdığını müşahidə edə bilərsiniz. Onların əsas və yeganə məqsədi, din adı altında yalanlarla İran İslam Respublikasın əleyhinə təbliğat aparmaqdır.
Qarşı tərəfdən fərqli olaraq biz Arizona Universitetinin rəsmi saytına istinad edirik. Düşmən özü təstiq edir ki onların müttəfiqi və tərəfdaşı kimdir.
Arizona Universitenin rəsmi saytından : http://csc.asu.edu/2010/10/07/a-counter-narrative-for-iranian-tyranny-2/
Tam məqalə burda PDF - http://csc.asu.edu/wp-content/uploads/pdf/125.pdf
Fars dilində şərh və tərcümə- http://www.fetan.ir/home/4290
Deməli İslam düşmənləri seçimlərini ediblər. Biz deyəndə ki İslam Respublikasına qarşı çıxanlar ABŞ-la və Qərblə eyni mövqedədirlər kimsə etiraz edə bilməz. Aydındır ki indi buna cavab olaraq yenə hansısa saxta mənbələrdən cavab verəmək isyətəcəklər. Amma bu mövzunun özünə heç cavab verə bilməzlər. Biz özümüzdən mətn yazmamışıq, elə amerikalı alimin sözünə istinad edirik. Və heçkəs durub burda bizə “fitnə etməyin” deyə bilməz. Bu sözləri gedin onlara deyin. Bu işləri onlar başlayıb bu da cavablarıdır. Hələ cavablar çox olacaq. Təkfir, təhqir məktəbi onlara məxsusdur. Biz isə ancaq cavab olaraq bu siyasəti ifşa edəcəyik... Və onu bilinki burda söhbət tək Şirazilər deyil, ümumiyyətlə ABŞ və Qərb bu tipli əqidələri dəstəkləyir, adları başqa cürə ola bilər, başqa alimləri də ola bilər. Bəzi alimlərin adlarından da istifafə edə bilərlər və edirlər. Amma hər nə etsələr cavabları artıqlaması ilə olacaq!