Ayətullah Sistani sionist rejimi ilə mübarizədə şiələri və sünnüləri birliyə çağırır

Ayətullah Sistani Trampın Qüdslə bağlı verdiyi qərara münasibət bildirib. İslam dünyasının nüfuzlu müctəhidi ABŞ prezidentinin Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasını pisləyib.

Ayətullahül-üzma Seyid Sistani ABŞ-ın Qüdsə bağlı mövqesinə dair dedikləri:

"Qəbul olunan bu qərar (Qüdsün sionist rejimin paytaxtı elan edilməsi) qınanılır və pislənilir. Bu qərar, milyonlarla ərəb və müsəlmanların hisslərinə toxunur. Lakin nə qədər uzun müddət çəksə belə, Qüdsün işğal olunmuş bir ərazi olduğu və öz Fələstinli sahiblərinə qaytarılmalı olduğu həqiqətini heç zaman dəyişdirməyəcəkdir. Bu yolda islam ümməti bir-birilərinə dəstək olmalı və öz aralarında birlik yaratmalıdırlar. Müvəffəq edən yalnızca Allahdır". https://www.sistani.org/arabic/

Burda Seyid Sistani ağanın sözlərindən biz beş çıxarış edirik.

1. Sistani ağa siyasətdən kənarda qalmayaraq çox mühüm göstəriş verib.

2. Sistani ağa yüz milyonlarla ərəb dedikdə ərəblərin içidə çoxluq olan Əhli Sünnəni də nəzərdə tutur. Bu onu göstərir ki Sistani ağa sünnülərin hislərinə biganə deyil və onları müsəlman hesab edir.

3.Fələstin müsəlmanlarını nasibi hesab etmir. Qüdsü fələstinlilərin torpağı hesab edir və onun fikrinə görə işğal olunmuş ərazilər fələstinlilərə qaytarılmalıdır.

4. İslam ümmətini, şiələri və sünnüləri birliyə, bir-birilərinə dəstək göstərməyə çağırır, vəhdətə çağırır.

5. Bu işləri görmək üçün İmam Zamanın (əf) zühurunu gözləməyə ehtiyac yoxdur.

Bu mövqe tamamilə Rəhbər Seyid Əli Xameneinin mövqesi ilə, İran İslam Respublikasının siyasıti ilə üst üstə düşür.

Bu siyasi göstərişi əməl etmək üçün isə elə Rəhbər Seyid Əli Xameneinin dəfələrlə dediyi işləri görmək lazımdır. Bu işin adı sionist rejimlə mübarizədir. Bu mübarizəni İran İslam Respublikası çoxdandır aparır. Amma bəziləri Sistani ağanı yalandan bayraq edib gah dini siyasətdən ayırırlar, gah fələstinlilərə nasibi deyirlər, hətta Fələstini yahudilərin torpağı elan edirlər, ərəbləri söyürlər və s. Bu siyasəti həyata keçirmək üçün gərək bütün açıq, aşkar ixtilaflara son qoyulsun. Yəni haqqı mədəni, elmi şəkildə, qardaş kimi çatdırmaqdan əlçəkməyərək, aşkarda lənətlərdən, təhqirlərdən və ümməti parçalayan hərəkətlərdən uzaq olmalıyıq. Ən azından Sistani ağaya təqlid edənlər buna əməl etməlidirlər.

Bu bölmədə