Aşkarda lənət deməyin və məzhəblərarası düşmənçiliyin hədəfi nədir...

Bu çürümüş mövzuya dəfələrlə qayıtmağa məcbur oluruq və bir daha qayıdırıq ki müsəlmanlar agah olsun.  

Bizə belə bir sual verirlər: "Niyə deyirsiz sünnülərin müqəddəslərinə aşkarda lənət oxumayın, şiələri təhlükə altına salırsız, amma özünüz aşkarda Amerikaya, İsrailə aşkarda lənət oxuyursuz? Bu işdən şiələrə təhlükə gəlmir?" İndi öz aləmlərində bunlar güya çətin bir cavabı olmayan "məntiqli" sual verirlər...

Biraz düşünsələr cavabı ortadadır... Bunlar ya özlərini axmaq yerinə qoyublar ya da bizi... Bəzi möminlər də bu sualın qabağında lal olub qalırlar. Nə var axı burda? Cavab budur ki, əsas düşmən ABŞ, Britaniya və İsraildir. İblisin başı oradır. Onların siyasəti heçvaxt dəyişməz. Dünya tarixi buna sübutdur. Sadəcə bizim bu lənətxorlar hədis kitablarından başqa heçnə ilə maraqlanmırlar. Sonra bir kəmsavad gəlir güya ağıllı sual qoyur. Sünnülərnən vəhdət siyasəti, aşkarda onların müqəddəslərin təhqir olunmaması (lənət də onlar üçün təhqirdir) tək o səbəbdən deyil ki hardasa şiələr təhlükə altında olacaqlar. Səbəb budur ki İslam düşmənləri ilə mübarizədə sünnüsü də şiəsi də bir cəbhədə olmalıdırlar. İslam düşmənləri əlindən gələni edir ki bu belə olmasın. Bizdə öz növbəmizdə bu hiyləyə qarşı çıxıb onların planlarını puça çıxarmalıyıq. Bizim işimiz sünnüləri təhqir etmək yox, onları vahid cəbhədə ən təhlükəli düşmənə qarşı yönəldməkdir. Düşmən bizdən əl çəkmir. İstəyirsən İslam dövləti qur, istəyirsən dünyavi dövlət qur. Onlar əl çəkmirlər. Azərbaycandan əl çəkdirlər? Onların siyasəti nəticəsində ölkə qarət olmadımı? Liviyadan əlçəkdilər? Səddamı kim yıxdı? Səddamın İraqından əl çəkdilər? Suriyadan əlçəkdilər? Türkiyədən bəlkə əl çəkiblər? Ərəb ölkələrindən əl çəkirlər? Tarxidən nəqədər misal gətirmək olar.

Əksinə İslam dövləti qurmayan ölkələr hamısı məğlub oldu, iflasa uğradı, marionetka oldu, qarət olundu, dağıldı. Sünnüləri agah etmək siyasəti öz bəhrəsini verməkdədir. Dünyada sünnülərin çoxusu Qərbin siyasətinə qarşıdır. Şiələrlə bir yerdə döyüşən minlərlə. on minlərlə sünnülər var. İndi bunları da təhqir edək keçsinlər Qərbin tərəfinə? Yaxşı bəs İran necə olsun? Ora da bu lənət siyasəti nəticəsində dağılsın? Biz sünnülərin müqəddəslərinə ona görə aşkarda lənət demirik ki, onları bizimlə bir cəbhədə görək! Bizə lazımdır ki sünnülər ən əsas və ən təhlükləi düşmənlə mübarizədə bizə yardımçı olsunlar, düşmənlərimizə yardım etməsinlər. Əks halda "İŞİD"-lər hələ çox peyda olacaq. Düşmən üçün fərq etmir sünnüsən yoxsa şiəsən. Onlaırn hədəfi bizə nəzarətdir, bizim içimizdə fitnə fəsadı yaymaqdır. Bis isə buna qarşı çıxmalıyıq.

Bu da Allahın Quranda gəldiyi əmridir. "Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı". (Quran, 2:251) "Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" (Quran, 22:40)

Bu bölmədə