Vilayəte-fəqihin zəruriliyi

Vəliyye - fəqihi olan şiə İslam dinini ancaq namaz və oruc, xüms və zəkatda xülasələşdirmir. Əgər belə olsaydı, hazırkı cəmiyyətə nisbət İmam Əskərinin (ә) dövründә namaz qılan, hicablı, həccə gedən, oruc tutan indikindən çox idi. Amma İmamlarımız tək qaldılar və 12 - ci İmam qeybə çəkildi. Niyə? Nə üçün?

 Çünki, Dinlәri və İmam Zamanları uğrunda canlarından, mallarından, yaxınlarından keçən mərd igidlər çox az idi. Amma gedişat bunu bizə çox aydın göstəriri ki, hal hazırda belə igidlər heç də az deyil. Onlar gün gündən daha da çoxalır. İmamın (ə) bacısının qəbrinin müdafiəsi uğrunda hər şeyindən keçən müsəlman, əmin olun ki, İnşaAllah İmam Mehdi əleyhissəlam uğrunda da hər şeyindən keçər, İmamını tək qoymaz.

Vilayəte-fəqih müsəlman və şiə aləminə ən böyük nemətlərdən biridir. Əgər şiə aləmində yüzlərlə müctəhid olsa, amma vəliyye-fəqih olmasa, İmam Zamanın (ə.f.) qeyb dövründə şiə ictimai, siyasi və dini həyatda özünü qoruya bilməyəcək. Qeyb zamanı şiənin izzəti vilayəte-fəqih olan dövrdə görünür.

Bir misal çəkək. Təqribən yüz il öncə vəhabilər şiələrin və müsəlmanların müxtəlif müqəddəs şəhərlərinə hücüm edib bu şəhərləri xaraba qoyublar. Məsələn, bir gün ərzində Kərbəla şəhərini viran edib, İmam Hüseynin (ə) hərəmini dağıtdılar və yerini şumladılar. Kərbəla sakinləri (o insanlar ki hər il Hüseynə (ә) görə başlarını yarardılar) o şəhəri tərk edib qaçdılar. Halbuki, o zaman Kərbəlada və Nəcəf şəhrində yüzlərlə müctəhid və mərcəi-təqlid yaşayırdı. Onlar böyük və əzəmətli alimlər idilər. Sizcə, bu alimlər niyə bir iş görə bilmədilər, bu cinayətlərin qarşısı alınmadı? Halbuki, indi təkcə vəhabilər və sələfilər yox, Əl-Qaidə, hətta Amerika, İsrail və onlarla başqa ölkə çalışırlar Suriyada Xanım Zeynəbin (s.ə.) və Rüqəyyənin (s.ə.) hərəmini dağıtsınlar, oranı viran etsinlər. Amma gördüyünüz kimi 5 ildir bu niyyətlərini həyata keçirə bilmirlər. Sizcə nə üçün?

İraqda Ayətullah Sistani ağanın İŞİD - ə qarşı cihad fətvasına cavab olaraq, bütün müqavimət (Sepah qüvvələri, Bədr, Məhdi , Səraya, Xorasani və s. orduları ) qoşunlrını, silaharını, əsgər və generallarını, İraqda səfərbər edən yeganə şəxs kim idi? Bu quvvələr kimə məxsusdur? Əgər bu quvvələr İraq vә Suriyәdə, Yəmən və Livanda, Fələstin və Afrikada olmasaydı, sizcə, Şiə aləminin, müqəddəs ziyarətgahlarımızın, vəhhabi olmayan müsəlmanların aqibətini nələr gözləyirdi? Hansı dövlətlərə əl açıb yalvarıb kömək diləyəcəkdik???
Zillətlә dolu, cılızlanmış, izzətsiz həyat bizi gözləyirdi.!

Sizcə, indiki şiə və İslam aləmi 100 il öncəkindən fərqləndirən nədir? Vilayəte-fəqih və vəliyye-fəqih! Bəli, cavab düzdür! Bütün bu sualların cavabı məhz bir şeydi: Vəliyye-fəqih

Vəliyye-Fəqih və ona tabe olan bütün qüvvələr heç bir dövlətə cavabdeh deyil, heç bir ölkədən, dövlətdən aslılığı yoxdur! Səud tayfası 100 il öncə hərəmlərimizə hücum edəndə
Ayətullah Kaşiful-Ğita cihad fətvası verdi. Amma o vaxt Şiə aləmi heç bir müqavimət göstərə bilmıdi. Böyük alimin Fətvasına "ləbbeyk" deyən tapılmadı. Niyə?

Ona görəki, bir fətva ilə hər şey düzəlmir. Müqavimət ordusu və təfəkkürü bir şey deyil ki, bir fətva ilə göbələk kimi bir gün ərzində yerdən baş qaldırsın.
Sizcə Ayətullah Sistanıın fətvasının arxasında nə dayanmışdır ki, bu əzəmətli müqavimətə səbəb oldu???

İmam Xomeyni Səddamın əleyhinə çıxan İraqlı Şiələrdən 30 il öncı Bədr ordusunu hazırlayır. Bununla da İraq Şiələrinin müqavimıtinin binövrəsi qurulur.
Hal-hazırda 30 il ərzində İranda Sepah tərıfindın mükəmməl hərbi təlim görmüş İraqlı şiələr 40-a yaxın müqavimət briqadaları yaradıblar və indidə Həşdu-Şəbi ordusu adı altında fəaliyyət göstərirlər.

İraqın Könüllü müqavimət ordusunun (HƏŞDU-ŞƏBİ) rəhbərləri Əbu-Mühəndis və Hadi Amiri neçə illər iranda yaşayıblar, təlimlər görüblər. Onlar hətta belə İran, İraq Müharibəsində Vilayəti Fəqih bayrağı altında İran tərəfindən Səddamın əleyhinə döyüşüblər.

 Min illərlə haqqında bəhs etdiyimiz vilayəte-fəqih üsul-idarəsini İmam Xomeyni (r) kitablardan çıxardıb onu canlandırdı, ona həyat bəxş etdi. İctimai və siyasi məsələlərdə şiə aləminin vahid mərkəzdən idarə olunmasını həyata keçirdi. O, hakimiyyət təşkil etdi (Vilayəte-fəqih).

Bu hakimiyyət məsum imam tərəfindən idarə edilmədiyinə görə onun çatışmayan cəhətlərinin olması labüddür. Amma bu hakimiyyət heç şübhəsiz məsum imamın və İMAM ZAMANIN (ə.f.) himayəsində olan hakimiyyətdir. Çünki ötən 1000 il ərzində Allah və onun imamı üçün müsəlmanların izzətli və xoşagələn halı indiki vəziyyətdir. Hal-hazırda İMAM XAMENEİ bu ağır yükü və bayrağı çiyninə alib, VƏLİYYE - FƏQİH yükünü qəbul edib. Bu gün düşmənin belini qıran vilayəte-fəqihin vücududur.

Düşmən hazırdır minlərlə məscid tiksin, özü istəyən İslamı təbliğ etsin, baş yaranların sayını artırsın, hətta milyardlarla büdcə ayırıb Amerka İslamını təbliğ edən, yaxud ifratçı alim və müctehidnümalar yetişdirsin (əhli sünnəni və onların müqəddəs saydıqlarını açığ-aşkar lənətləyən, dünyadan xəbərsiz alimlər nəzərdə tutlur), amma bir nəfər vilayəte-fəqihə bağlı əqidəsi möhkəm şiə yetişməsin. Çünki vəliyye-fəqihi olan şiə İslam dinini ancaq namaz və oruc, xüms və zəkatda xülasələşdirmir. O, dini Allah tərəfindən göndərilmiş konstitusiya hesab edir (DİN – sağlam həyat konstitusiyası) və buna əsasən dünyada heç bir şeyi dindən ayrı hesab etmir. O, İslam dinini və onun qanunlarını yalnız məsum imamın dövrünə aid etmir. O hər zaman vilayəte-fəqihin bayrağı altında insaniyyət və bəndəlik konstitusiyasını, milli-mənəvi dəyərləri müdafiə etməyə hazırdır.
Hal-hazırda bütün dünyada və vətənimiz Azərbaycanda İslam düşmənləri tərəfindən vilayəte-fəqih məsələsinə qarşı çirkin təbliğat icra olunmaqdadır.

Bəzi “mollalar” vilayəti-fəqihi inkar edib ixtilaf yaradır, İslam düşmənlərindən külli miqdarda pul alırlar. Ey müsəlman! Mәgәr İslamda hər məsələ həll oldu, qaldı vilayəti-fəqih məsələsi ki, onu bayraq edib müsəlmanlar arasında ixtilaf salırsınız?! Əgər istənilən bir şəkildə vilayəti-fəqih mövzusu sizin üçün sübuta yetməyibsə, yenə də haqqınız yoxdur ki, onu ixtilaf amili qərar verəsiniz. Vilayəte-fəqih mövzusunun həqiqət olmadığını heç vaxt sübüt edə bilməzsiniz. Belə bir halda kim sizə ixtiyar verib ki, ən azı zərərsiz bir mövzunu şiələr arasında ixtilaf amili qərar verib dini cameələri problemlə üzbəüz qoyasınız?! Qorxun Allahdan! Sizcə indiki zülm dünyasında və vəhdət vacib olan vaxtda İmam Zamanın (ə.f.) dərdi və problemi ancaq vilayəti-fəqih məsələsidir?

Hal-hazırda vilayəti-fəqih İslam aləmi üçün böyük nemətdir. Gəlin onun qədrini bilək. Düşmənin sözünü təkrarlamayaq, ayıq və bəsirətli olaq, küfrə qarşı dayananı himayə edək. Düşməni pisliyənə arxa duraq və düşməni zəiflədən nöqtələri tanıyaq. Allaha min şükürlər olsun ki, hal-hazırda çoxsaylı müctәhidlərimiz vəliyyi-fəqihin arxasında dağ kimi dayanıblar, onu himayə edirlər, onu dua edirlər.

Alim var ki, onun bir sözü müsəlmanlar arasında vəhdətə səbəb olur, düşmənin belini qırır, haqq cəbhəsini ruhlandırır. O, fətva və hökm verəndə ancaq öz ətrafına baxmır, bütün dünyanın və müsəlman aləminin xeyirini nəzərə alır. Alim də var ki, onun hər sözü şiələr arasında ixtilafa səbəb olur, şiə-sünni düşmənçiliyini gücləndirir, düşməni sevindirir, haqq uğrunda çalışanları ruhdan salır. Düşmənin 10 ilə vura bilməyəcəyi zərbəni belələri bir günə vurur. Bu cür alimə deyirlər bəsirətsiz!

Allah bizi İmam Zamanın (ə.f.) və qeyb dövründə vəliyyi-fəqih Ayətullah Xameneinin əsgərlərindən qərar vesin inşaAllah.
AMİN

Tohid İbrahimbayli

 

Bu bölmədə