Seyyid Mirzayi-Şirazinin "tənbəki fətvassı" və fəqihin vilayəti

Fəgihin səlahiyəti və düşmənlə mübarizə dövründə dini hökmlərin zaman və məkandan asılı olaraq müvəqqəti və nisbi xarakter daşımasından bir misal gətirmək istəyirik.

İmam Zamanın (əf) qeybi dövründə fagih ümmətin himayadarıdır və qoruycusudr. Düzdür hər fəgih bu işin öhdəsindən gələ bilməyib. Bu ya fəgihin öz bacarığından və şücayətindən asılı olub, ya da mövcud olan şəraitdən. Yani alim məcburən təqiyə edərək hərəkət etməyib və susub. Dövrün ən böyük alimlərindən və şiənin mərceyi təqlidindən Seyyid Mühəmməd Həsən Hüseyni Şirazidən (1814-1896) bir misal gətirək.

Bu əzəmətli alim və şiələrin lideri 20 yaşında ictihada çatmışdır və böyük nüfuza malik idi. Seyyid Mirzayi-Şirazini tarixdə məşhurlaşdıran addım “tənbəki fətvası”dır (1891-1892). XIX əsrin ikinci yarısında İranın ağır iqtisadi böhran keçirməsindən və Nasirəddin şah Qacarın cah-cəlala meyilli iradəsiz bir şəxs olmasından istifadə edən İngiltərə hökuməti tədricən ölkəni iqtisadi baxımdan işğal etməyə başlayır. Əvvəlcə İranın dəmiryolu, teleqraf, gəmiçilik sənayesinə, bank sisteminə nəzarət İngiltərənin əlinə keçir, daha sonra ölkədə bütün tikinti və abadlaşdırma işlərini aparmaq səlahiyyəti ingilis şirkətlərinə həvalə edilir. Beləliklə, İran iqtisadiyyatının 50 faizi xarici dövlətdən asılı vəziyyətə düşür. Üstəlik, Nasirəddin şahın Avropaya üçüncü səfəri zamanı İngiltərənin iş adamı M.Talbot İranın tütün sənayesini inhisara almaq barədə 50 illik müqavilənin bağlanmasına nail olur. Bu, ölkənin Qərbdən asılılığını böhran həddinə çatdıran son damla olur. Ruhanilər şahın bağladığı müqaviləni ləğv etdirmək üçün xalqı ayağa qaldırmağa başlayırlar. Lakin hərəkata dini dayaq vermək üçün İraq alimlərinin fətvası tələb olunurdu.

Bu məqsədlə Mirzayi-Şiraziyə məktub yazaraq, ondan yardım istəyirlər. Bəzi məlumatlara görə, tütün probleminə müdaxilə etməyi və həlledici addım atmağı məşhur müsəlman siyasi xadimi Seyyid Cəmaləddin Əsədabadi Mirzayi-Şiraziyə məsləhət görübmüş. Mirzayi-Şirazi fətva verir. Fətva bu şəkildə idi: “Allahın adı ilə və Ona həmd olsun. Bu gündən etibarən hər hansı şəkildə olursa-olsun tənbəki və tütündən istifadə etmək Imam-zamanla müharibə etmək hökmündədir”. Fətva təcili olaraq İrana göndərilir və burada ruhanilər tərəfindən məscidlərdə camaata oxunur. Bütün ölkə bir birinə dəyir və bütün əhali müctəhidin fətvasına əməl edərək tütün və tənbəkidən istifadəni tərgidir. Şəhər meydanlarında iri tonqallar qalanır, ev və dükanlardakı bütün qəlyanlar, tütün və tənbəki yandırılır. İş o yerə çatır ki, Nasirəddin şahın sarayındakı tütün məhsullarını və alətlərini də məhv edirlər. Özü də bu işə şahın arvadı Ənisüd-dövlə rəhbərlik edirmiş. Deyilənlərə görə, şah adəti üzrə qəlyan çəkmək istədiyini bildirəndə ona deyirlər ki, qəlyanları və tütünü Ənisüd-dövlənin tapşırığı ilə saraydan çıxarıb məhv ediblər. Şah təəccüb içində arvadının yanına gedib soruşur: “Axı tütün çəkməyi kim haram edib? Kimin ixtiyarı var ki, mənim əmlakımı məndən icazəsiz məhv etməyə əmr versin?” Ənisüd-dövlə cavab verir: “Mənim kəbinimi sənə kəsən və məni sənə halal edən adam indi tütünü sənə haram edib”. Şah əvvəlcə Mirzayi-Şirazinin məktubunun qondarma olduğunu iddia etməklə camaatı sakitləşdirmək və vaxt udmaq istəyir.

Lakin hicri 1309-cu il cəmadiyül-əvvəl ayının 23-də belə bir ultimatum yayılır: Mirzayi-Şirazi elan edib ki, 48 saat ərzində şah tütün müqaviləsini ləğv etməsə, cihad hökmü veriləcək və camaat cihada hazır olsun. Şah qorxuya düşüb tələsik Talbotun şirkəti ilə bağladığı müqaviləni ləğv etdirir. Müsəlmanların mənafeyini müdafiə etmək məqsədinə nail olmuş Mirzayi-Şirazi isə 55 gündən sonra yenidən tütün və tənbəkidən istifadənin halal olduğu barədə fətva verir. Amma artıq ölkənin tütün sənayesi xarici təsirdən xilas olmuşdu və istifadə edilən tütünün gəliri ölkəyə aid idi. Beləliklə, Mirzayi-Şirazinin bu fətvası bəzi dini hökmlərin zaman və məkandan asılı olaraq müvəqqəti və nisbi xarakter daşıya bildiyini əyani olaraq sübuta yetirdi. Bu hadisədən biz nə görürük? Onu görürük ki, fəgih Allah, Peyğəmbər (s) və İmam (ə) tərəfindən ona həvalə edilmiş vəzifəni layiqincə yerinə yetirir. O bir küncə qısılıb İngilislərin, kafirlərin müsəlmanların malına və dövlətinə yiyələnməklərini susaraq müşahidə etmir. O yaxşı işə dəvət edir və pis işi qadağan edir.

Məsumdan bir hədis gətirirəm. İmam Baqir (ə): «Yaxşı işlərə də‘vət və pis əməllərdən çəkindirmək peyğəmbərlərin yolu və yaxşı iş görənlərin üslubudur. Böyük vacib əməldir ki, digər vacib əməllər onun vasitəsilə əmələ gəlir. Yollar əmin-aman, gəlirlər halal olur. Zorla alınmış haqq və mallar sahiblərinə qaytarılır və yer üzü abadlaşır. Düşmənlərdən intiqam alınır və işlər sahmana düşür.» (əl-Kafi, c.5, səh.56, hədis 1)

Fikir verin İmam (ə) nə deyir: 1. Yollar əmin-aman olur 2. Gəlirlər halal olur. 3. Zorla alınmış haqq və mallar sahiblərinə qaytarılır 4. Yer üzü abadlaşır 5. Düşmənlərdən intiqam alınır 6. İşlər sahmana düşür. Bu işləri isə evdə bir küncə qısılıb oturmaqla həll etmək olmaz. Deməli, bu tütünlə bağlı fətva ilə yaxşı işə əmr olunur və pis iş qadağan olunur. Yani tənbəki və tütündən istifadə etmək ingilisə xeyir vermək müsəlman ümmətinə ziyan vurmaq deməkdir və hətta İmam Zamannla (əf) müharibə etmək deməkdir. Bu şiə ruhaniləri tərəfindən aparıldığı iqtisadi müharibənin bir yolu idi. Bu yol ilə kafirlər ciddi zərbə alırlar.

Bundan sonra Mirzayi-Şirazi Şaha əmr edir ki ingilislərlə razılaşmanı pozsun və bu eyni zamanda yaxşı işə əmrdir və pis işin qadağasıdır. Razılaşmanı pozmaq yaxşı işdir, və bü cür razılaşmaların qadağan edilməsi pis işlərin qadağan edilməsidir. Fikir verin ki, Mirzayi-Şirazi Şaha xəbərdarlıq edir ki pozmasan cihad elan edəcəm. Yani gücünü göstərir. Deməli güc amili çox vacıbdır ki bu gücsüz yaxşı işə əmr və pis işin qadağası boş bir faydasız sözdən başqa bir şey deyil. Yani müəyyən hallarda fətvanın arxasında güc durmalıdır. İki ayə ilə sözümüzü bitirək: «İçərinizdə yaxşılığa də‘vətə çağıran, xeyirli işləri görməyi əmr və pis əməlləri qadağan edən bir camaat olsun. Bunlar, həqiqətən nicat tapmış şəxslərdir.» ("Ali-İmran", ayə104) Allah istəyirki bu iş həyata keçirilsin. İlk öncə məsum İmam (ə) tərəfindən, qeyb dövründə isə fəgih tərəfindən. «Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandır (vəlidir). Onlar yaxşı işlər görməyi əmr edər, pis işlərdən çəkindirirlər.» ("Tövbə", ayə71) Burda Allah müsəlmanları mömin insanların əmrinə tabe edir. Aydındır ki əmr edən də ən elmlisi və cəsuru olmalıdır. Fikir verin Allah deyir: "Mömin əmr edər....!" 

 

Bu bölmədə