Qeybət dövründə fəqihin vilayəti ümmətin nicat qalasıdır

Qərb işğalçılıq və müstəmləkəçilik siyasətini yürüdəndən sonra fəal şəkildə müxtəlif xalqları əsarət altına almağa cəhd etdi. Bunun üçün ilk növbədə həmin xalqlar arasında yaşayan “beşinci kolonları”nı fəallaşdırdılar. 

Pula satılmış və xalq tərəfindən ziyalı kimi tanınan bu xainlər hər vəchlə xalqın müqavimət ruhiyyəsini zəiflətmək üçün onun etiqadına məsxərə edir, xalqda özünəinamı qətiyyətlə aradan aparır və nicat yolunun yalnız və yalnız əcnəbilərin köləlik zəncirini boyunlarına asmaqla mümkün olduğunu hər vəchlə sübut etməyə çalışırdılar. Buna görə düşmən üçün casusluqdan əlavə xalqı təhqir etməkdən ötrü incəsənət, ədəbiyyat və cəmiyyətdə malik olduqları mövqedən istifadə edirdilər. Bu dövr İslam ümməti üçün ən qaranlıq və çətin dövr sayılır. Çünki xalqın içindən çıxanlar fanatik bir şəkildə xalqı əcnəbilərə kölə etmək üçün yarışa girmişdilər.

Islam dünyasında xalqın əcnəbi köləliyindən azad etmək üçün bəzi hərəkatlar yaransa da, xalqda özünəinamın olmamağının və tağut hökumətlərin xəyanəti nəticəsində bu hərəkatlar məglubiyyətə düçar oldu.

Nəhayət, 1979 –cu ildə İslam dünyasında bir nur parladı. İranda Qərbin nökəri olan şah rejimi İmam Xomeyni tərəfindən devrildi və İslam inqilabı qalib gəldi. Uzun illərin təcrübəsi göstərdi ki, zalım və əcnəbilərin köləsi olan rejimlər xalqın deyil, ancaq öz mənafeyini düşünürlər. Bunlar zülm yolu ilə əldə etdikləri sərvətləri əldən verməmək üçün bütün xalqı düşmənlərə qurban verməyə hazırdırlar. Əlbəttə, bu xəyanəti edən zaman “vətənpərvərlik, xalqa xidmət” maskası altında gizlənməkdən utanmırlar.

Buna görə bütün müsəlmanların başsız qalıb, tağut hakimlər, daxildə xarici ağalarına xidmət edən xainlər və xarici düşmənlər ittifaqının hiylələrinə qurban olmamaq üçün vahid bir mənəvi mərkəz ətrafında birləşmələri vacib oldu. Müsəlmanları köləyə çevirmək üçün siyasət vasitəsilə parçalamışdılar və təzədən bu köləlikdən nicat tapıb ağa olmaları üçün İslam siyasəti vasitəsilə birləşmələrinə ehtiyac duyulur.

Son illər “Yeni Yaxın Şərq” qurmaq üçün Qərbin və sionistlərin planı işə düşdüyü zaman biz bu düzgün islami siyasətin bəhrəsini görürük. Düşmən planına əsasən sərvətlə bol olan İslam ölkələrini, məxsusən Yaxın Şərq məntəqəsini təzədən parçalamaq proqramı işə düşdü. Bundan sonra onlar arasında təbii olaraq çıxacaq mübahisələr nəticəsində on illər boyu müharibələr getməli idi. Bu müharibələr nətiicəsində müxtəlif millətlər bir birini o qədər qırmalı idilər ki, tam şəkildə zəifləyib məhv olmaqdan nicat tapmaq üçün Qərbə yalvarmalı idilər. Qərb isə onların bütün sərvətlərinə və həyatına sahib çıxmaq şərti ilə bu qəyyumluğu boynuna götürməli idi.

Düşmən belə hesablamışdı ki, İslam dünyası arasında millətçilik və məzhəbçiliklə bir fitnə toxumu səpilib ki, onlar heç vaxt vahid mərkəz ətrafinda birləşə bilməzlər. Ancaq parakəndə formada bir birini öldürməklə məşğul olacaqlar. Eyni zamanda bu xalqlar arasında onların beşinci kolonları fəal şəkildə qatı millətçilik və təkfirçilik şüarını verməklə müsəlman gənclərinin hissləri ilə oynayacaq və bu qırğın atəşinin üstünə yağ tökəcəklər.

Amma düşmənin gözlədiyinin əksinə olaraq İslam ümmətinin böyük bir hissəsi Fəqih Vilayəti mərkəzinin ətrafında yığışdılar və vahid mərkəzə itaət etdilər. Əlbəttə, düşmən hiyləsinə aldanan və təkfirçi cərəyanların qurbanı olan müsəlman gəncləri də az deyildi. Amma hər halda, ilk öncə vahid mərkəz ərafında yığışan müsəlman gəncləri Fələstində və Livanda dünya qüdrətlərinin müsəlmanların qanı və sümükləri üzərində qurulacaq “Böyük İsrail” planını bir birinə vurdular.

Bu məsələ Qərbi şiddətlə narahat etdi. Ona görə yeni bir plan həyata keçirməyə başladılar. “Böyük məzhəb müharibəsi” proqramı həyata keçirməyə başladılar. Bu plana əsasən İslam dünyasında təkfirçi qüvvələri idarə edərək otuz illik məzhəb müharibəsini fikirləşmişdilər. Otuz il ərzində bu məntəqədə nə şiə və nə də sünni qalmayacaqdı. Nicat üçün əllərini Qərbə uzadacaq, böyük İsrailin yaranmasına dua edəcək bədbəxt, qan içində inildəyən İslam ümməti olacaqdı. Amma burda da Fəqih Vilayəti sistemi uzaqgörənlik nümayiş etdirdi. Ilk növbədə müqavim

ət qüvvələri adı altında tanınan sünni və şiələrdən ibarət silahlı müqavimət dəstələri yaradıldı. Daha sonra məsələni məzhəb müharibəsi çərçivəsindən çıxarmaq üçün Rusiya meydana dəvət olundu. Rusiyanın meydana daxil olması otuz illik məzhəb müharibəsi proqramını bir birinə vurdu.

İslam oyanışı artıq bütün müsəlman ölkələrinə sirayət edib. Sünni və şiələrdən ibarət müqavimət qüvvələri Fələstində “Həmas”, “İslam cihadı”, “Sabirun” adı altında, Livanda “Hizbullah”, Yəməndə “Ənsarullah”, İraqda “ Həşduşşəbiyy” və digər onlarla təşkilat , pakistnlılardan ibarət “Zeynəbiyyun”, əfqanlardan ibarət “Fatimiyyun”, azərbaycanlılardan ibarət “Huseyniyyun” təşkilatları Fəqih Vilayəti mehvərində yeni müqavimət nəsli formalaşdırırlar.

Yeni İslam dünyasını quraq. İzzətli, qüdrətli, inkişaf edən, heç kimə bac verməyən...

Bizi silah və məkrli siyasət nəticəsində kölə ediblər. Ona görə müqavimət təkcə silahla kifayətlənmir, həm də elm və mədəniyyət meydanında fədakarlıq etməlidir.

Artıq müqavimətin özünəinam konsepsiyası bütün dünyaya yayılmaqdadır. Türkiyədən tutmuş Cənub Qərbi Asiyaya kimi.

Əlbəttə, bu arada yenə İslamı qəbiristan dini və müsəlmanları kölə saxlamaq istəyən düşmənin “beşinci sütunu” olan qulları dəridən qabıqdan çıxır. Müxtəlif ölkələrdə bu qullar ordusu özlərini ziyalı kimi tanıtdırıb Fəqih vilayəti məktəbinə və Müqavimətə qarşı üfunətli dilləri və qələmləri ilə hücuma keçiblər.

Bu qullar ordusu müsəlmanlar arasında əxlaqsızlığı, həmcinsbazlığı, təfriqəni, məzhəbçiliyi hər vasitə ilə yayan yəhudi parazitlərinə və israilə xidmət məqsədi ilə Fəqih Vilayəti sistemini və müqaviməti hədəfə alıblar.

Amma bunlar təzədən İslam ümmətini köləyə çevirmək arzularını özləri ilə birgə qəbrə aparacaqlar. Artıq İslam əsri başlayıb və müsəlman gənclər möhkəm olaraq müqavimət bayrağını əllərində tutaraq, yeni zirvələr fəth edəcəklər.

ولقد كتبنا فى الزّبور من بعد الذّكر أنّ الأرض يرثها عبادى الصَّلحون
(Ənbiya:105)


Allah bu ayədə də saleh qullarının yer üzünü irs aparacaqlarını təkidlə vurğulayır.


İlahiyyatçı Orxan Məmmədov

Bu bölmədə