Qaimin qiyamından öncə qaldırılan hər bir bayrağın sahibi tağutdur?

İmamın (əf) qiyamdan öncə qaldırılan hər bir bayrağın sahibi taqutdurmu? Gəlin bu suala bir daha cavab verək.

Cəmkəran
İmam Sadiq (ə) byurur:

"Qaimin qiyamından öncə qaldırılan hər bir bayrağın sahibi Allahdan qeyrisinə ibadət edən tağutdur".

İmam Baqir (ə) buyurur:

"Məhdinin bayrağından öncə qaldırılan hər bir bayrağın bayraqdarı tağutdur".

Araşdırma və rədd

Byraq qaldırmaq, hakimiyyətdə olan nizama müharibə elan edib hökümət təşkilinə təlaş etməyə kinayədir. “Tağut” Allhın hüdudlarını aşan insandır. Və camaatdan onu hakimiyyətini Allahın hakimiyyəti bərabərində qəbul etmələrini istəyir.

Yuxardakı iki hədisdəki “Tağut” və “Allahdan başqasına ibadət” kəlmələri “Qaimin qiyamından öncə qaldırılacaq bayrağın” Allahın , onun rəsulunun və imamların müqabilində qaldırılan bayraq olduğunu açıq aşkar bəyan edib, söhbətin Allahın höküməti qarşısında hökümət təşkil etmək və öz istəklərinə əməl libası geyindirməyə çalışan bayraqdarlardan getdiyini deyir. Dini hakimiyyətdən ötrü qiyam edib hökümət qurmağa çalışan Saleh şəxsi tağut adlandırmaq olmaz. Çünki belə bayraq Qaimin bayrağı önündə yox elə onun yolu və onun aşıladığı idealogiya uğrunda qaldırılan bayraq olacaq. Dediyimiz bu sözə dəlil Məsumların dedikləridir.

İmam Muhəmməd Baqir (ə) buyurur:

"Dəccalın zühuruna qədər onunla beyət üçün peyda olacaq bir iddədən başqa heç kəs insanları çağırmayacaq. Hər bir kəs azğınlıq bayrağını qaldırarsa o bayrağın sahibi tağutdur".

Bu rəvayətlə İmamam bayraq üçün “zəlalət” qeydini vuraraq azğınlıq bayrağını qaldıran o qiyamçını tağut adlandırmışdır. Dediklərimizin başqa bir təsdiqi Qeys Bin Qasimdən nəql olunan səhih hədisidir. Bu hədisdə İmam qiyamları iki dəstəyə bölür.

a) Rəhbərlərinin özlərinə sarı dəvət etdikləri qiyamlar.
b) Batillə qiyama çağırıb haqqı bərpa etməkdən ötrü olunan qiyamlar.

İmam ikinci dəstədən olan qiyamları təsdiqləyərək “Zeyd bin Əlinin” və buna bənzər qiyamları bu növ qiyama aid edir. Və öz ardıcıllarını azğınlığa düşməmələrindən ötrü agah edir ki, hər qiyamı Zeydin qiyamına bənzədib onunla müqayisə etməsinlər.

"Biriləri qiyamdan ötrü sizə sarı gəlsə əvvəl onun hansı hədəflə qiyam edəcəyinə diqqət edin. Deməyin ki, Zeyd də qiyam etmişdir. Zeyd alim və doğru danışan bir kişi idi. O heç vaxt sizləri özünün rəhbərliyi və hakimiyyətinə sarı yox Muhəmməd ailəsinin (ə) razı olduğu şeylərə sarı dəvət etmişdir. Və əgər qalib olsaydı öz əhdinə vəfa edəcəkdi. O Bəni Üməyyə tağutunun qüdrətini sındırmaq üçün qiyam etmişdir. Ancaq bu gün qiyam edən (Mühəmməd bin Abdullah) sizləri başqa şeyə dəvət edir. Biz şəhadət veririk ki, onun dəvətinə razı deyilik. O hələ bu gün bizə tabe deyil, o ki, qaldı bayraqların ona görə asıldığı gün ola".

Yuxarıda qeyd etdiyimiz rəvayətdə İmam Zeyd bin Əli kimi insanların qiyamını təsdiqləyib Muhəmməd bin Abdullah kimi camaatı özünə sarı dəvət edən şəxlərin qiyamını isə məhkum etməkdədir. Başqa dəlil isə İmamların Hüseyn bin Əli, Şəhid Fəxxin Harunun qardaşı Hadinin zamanındakı qiyamını təsdiqləmələridir.
Buna görə də Zeyd bin Əlinin , Şəhid Fəxxin və bu qəbildən olan qiyamları tağut nümunələreindən hesab etmək olmaz. Əlavə olaraq əgər bu hədislərə əsasən hər növ qiyam və hərəkatı məhkum edərək qeyri şəri hesab etsək cihad, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək kimi hədislərlə, həmçinin peyğəmbər və məsum imamların yaşayış tərzləri ilə ziddiyyət yaranır. Ziddiyyət yarandığına görə də bu qəbildən olan rəvayətlərdən çəkinirik.

Həmçinin peyğəmbər və imamların Qaimin (ə.f) qiyamından öncə baş verəcək bəzi qiyam və hərəkatları təsdiqləyəcək hədislərimiz də kifayət qədərdir.

Qeyd etdiklərimizə əsasən hədisin mənası belədir: "Qaimin qiamindan öncə qaldırılan hər bir bayrağın rəhbəri camaatı özünə sarı dəvət edərsə, belə bayrağın sahibi tağutdur".

Bu bölmədə