Müsəlmanların namusu və canı, onların üzərində rəhbərlik necə insana tapşırılmalıdır? İmam Əli (ə) cavab verir.
Imam Əlinin(ə) sözlərindən biz ümmətin aşağıda qeyd edilərn işlərə ehtiyacı var:
1. Müsəlmanların namusu və canı qorunmalıdır.
2. Qəniməti ədalətli bölünməlidir.
3. Müsəlmanların hökümət və rəhbərliyə ehtiyacı var.
4. Rəhbərlik də xəsis adama tapşırılmamalıdı, çünki o adam müsəlmanların malını qarət edər, mənimsəyər və s.
5. Rəhbərlikdə olan adam nadan olmamalıdır, yəni dövlət işlərində yetərincə biliyi və dünya görüşü olmalıdır. Çünki əks halda camaatı azdırar.
6. O həmdə rəhmli olmalıdır və zülmkar olmamalıdır. Əks halda müsəlmanları ehtiyac içində qoyar.
7. Rəhbər həmdə malları ədalətlə bölüşdürməlidir.
8. Müsəlmanların doğru düzgün qəzavət işlərinə ehtiyacı var və ona görə də bu işə layiqli şəxs təyin olunmalıdır ki o insanların haqqını müdafiə eləsin və rüşvət almasın.
9. Ümmətin elə bir rəhbərliyə ehtiyacı var ki o onları məhvə aparmasın.
Bir sözlə bu işləri görmək çün müsəlmanların dövlətə ehtiyacı var, öz şəiətlə idarə olunan dövlətlərinə.