Kaşiful-Ğita və Fətəli Şah Qacar...

Bəzi dostlar belə düşünürlər ki, İmam Zamandan qabaq qurulan bütün dövlətlər batildir və onları idarə edənlər də tağutdurlar. Buna görədir ki, həmin şəxsləri lənətləməyi də özlərinə borc bilirlər. 

Bu fikrin yanlış olduğu məlumdur. Burada sadəcə olaraq bu fikrin yanlış olduğunu göstətmək üçün sadə bir misal verəcəyəm. Şiə fiqhinin sütunlarından sayılan Şeyx Cəfər Kaşiful-Ğita (1227 h.q) dövrünün şahı Fətəli Şah Qacarı elə tərifləyir ki, Fətəli şahı tanıyan olmasa elə bilər hansısa peyğəmbəri və ya imamı tərifləyir. Kaşiful-Ğitanın "Kəşful-Ğita" adlı fiqh kitabın müqəddiməsində Fətəli şahı necə təriflədiyini ixtisarla, əsas yerlərini qeyd etməklə kifayətlənəcəyəm:

".... daha sonra elə bir məmləkətə daxil oldum ki, həmin məmləkətin nuru ayın nurunu keçib, Allah həmin dövlətin ömrünü uzadıb, onu peyğəmbərin şəfaətilə qoruyub-saxlayıb, Allahın öz himayəsilə bütün zərər və şərdən amandadır. Bu dövlətin sahibi böyük himmət sahibidir, axirətin xeyri və dünyanın nemətini əldə etməyə müvəffəq olub, fikirləri dəqiqdir, uca əxlaq sahibidir, alimlərlə bir yerdə olan zaman onlardan fikir cəhətdən ömdədir, vəzirlərlə təklikdə qaldığı zaman onların müəllimidir, əgər fikri başqalarının fikirlərilə toqquşsa onun fikri doğru olar, və əgər fikri digər fikirlərə tərs düşsə onun fikri daha dəqiq olar, onun varlığıyla Əyasın zəkası, Hatəmin səxavəti, Səmulun vəfası, Əhnəfin helmi, Mənsurun bəsirəti, Kəbin rəyasəti, Nomanın siyasəti, Əntərənin şücaəti unuduldu. Danışan zaman təbəssüm edər, cavab verən zaman cavabı bəli olar, onun təbiət və əxlaqını görsən onun insan olmadığını, şərafətli bir mələk olduğunu düşünərsən. O, bir günəşdir ki, nuru hər yerə işıq saçır və işığı bütün müsəlman torpaqlarını bürüyüb. Onun dövləti İmam Mehdinin dövlətiylə birləşəcək (yəni hakimiyyəti İmam Mehdiyə təhvil verəcəklər)....."

Kaşiful-Ğitanın Fətəli şahın ünvanına yazdığı təriflər bundan daha çoxdur və mən xülasəsini yazdım. İstəyənlər kitaba baxa bilərlər. Maraqlıdır, Fətəli şah görəsən bu qədər tərifə layiq nə iş görüb? Hansı elmin, təqvanın və uğurlu idarəçiliyin sahibi olub? Lap fərz edək ki, təqvalı biri olub, onu bu qədər şişirdərək tərifləməyə nə lüzum var? Bu sualları imamın zühuruna dək qurulan dövlətləri tağut dövləti hesab edənlərə veririk...

Kaşiful-Ğitanın yazdığı kitab oğlunun istəyi üzərinə yazılıb. Kaşiful-Ğita kitabın müqəddiməsində oğlunu "Tahir, mütəhhər olan oğlum Musa ibn Cəfər əleyhissalam, Allah ona uzun ömür versin" deyə vəsf edir...

Bu bölmədə