Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər.

Qeyb dövründə müsəlmanların Quran və Sünnə ilə idarə olunan bir dövlətə ehtiyacı var. Deyərdik ki həyat bu işə onları məcbur edir! Və Allah da bu səlahiyəti onlara verib.

"Əgər o ölkələrin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət (qapı-larını) açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq". (Quran 7:96) Başımıza gələn bəlalar və əldə etdiyimiz uğurlar Allaha imanımızdan asılıdır. Bu ayə sadəcə bir prinsipi göstərir. Allaha yaxın olub ona təvəkkül eləsək bir ölkə kimi çox qabağa gedərik. Allah bizə qələbələr verər və inkişafımıza yardımçı olar. Daha bir ayəyə baxaq: "Bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir". (Quran, 8:53) Deməli hər şey bizim əməllərimizdən asılıdır. Fikir verin bu ayələrdə söhbət ölkələrdən, tayfalardan yani cəmiyyətdən gedir. Bu ümumi şəkildə bir topluma aid olan ayələrdi.

Deməli cəmiyyət, əhali, ölkə cəm olub təşkil olunmuş qaydada öz aqibətini həll etməlidir və buna görə onun layiqli yol göstərəni olmalıdır ki bizə pis əməlləri qadağan eləsin, çəkindirsin və yaxşı əməllər əmr eləsin. Və Allahda bu səlahiyəti möminlərə verib: «İçərinizdə yaxşılığa də‘vətə çağıran, xeyirli işləri görməyi əmr və pis əməlləri qadağan edən bir camaat olsun. Bunlar, həqiqətən nicat tapmış şəxslərdir.» (Ali-İmran, ayə104) «Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandır (himayadarıdır). Onlar yaxşı işlər görməyi əmr edər, pis işlərdən çəkindirirlər.» (Tövbə, ayə71) Məntiqlidir ki əmr edənlər İslamı və şəriəti ən yaxşı biləndirlər, onlar mömin, ədalətli və bilikli insanlardır ki Allah onlara bü səlahiyəti verib. Onlar möminlərin dostları və vəlisidir. Bir hədisə nəzər salaq. 

İmam Baqir (ə): «Yaxşı işlərə də‘vət və pis əməllərdən çəkindirmək peyğəmbərlərin yolu və yaxşı iş görənlərin üslubudur. Böyük vacib əməldir ki, digər vacib əməllər onun vasitəsilə əmələ gəlir. Yollar əmin-aman, gəlirlər halal olur. Zorla alınmış haqq və mallar sahiblərinə qaytarılır və yer üzü abadlaşır. Düşmənlərdən intiqam alınır və işlər sahmana düşür.» (əl-Kafi, c.5, səh.56, hədis 1) Bu hədisdən altı bəndi qeyd edib açıqlamağa ehtiyac var. Fikir verin İmam (ə) nə deyir: 1. Yollar əmin-aman olur; 2. Gəlirlər halal olur; 3. Zorla alınmış haqq və mallar sahiblərinə qaytarılır; 4. Yer üzü abadlaşır; 5. Düşmənlərdən intiqam alınır: 6. İşlər sahmana düşür. Bu bəndlərin üzərində dayanmaqdan öncə İmamın (ə) bu cümləsinə diqqət yetirək: “Böyük vacib əməldir ki, digər vacib əməllər onun vasitəsilə əmələ gəlir”.

İmam (ə) aşağıda göstəriləcək əməlləri vacib sayır. Yani bu işlər möminlər tərəfindən hökmən həyata keçirilməlidir. Düzdür buna imkan olmaya da bilər. Lakin biz bu məsələyə prinsip etibarən yanaşırıq. Yani “nece olmalıdır” onu açıqlayırıq, nəyə doğru getməliyik onu açıqlayırıq. İndi bu nə vaxt alınar, və nə vaxt qismət olar o başqa məsələdir. Yaxşı işlərə də‘vət və pis əməllərdən çəkindirmək “yolları əmin-aman edr”. Yolları əmin amanlıqda saxlayan tək sözdürmü? Yani bir şəriəti bilən mömin, yani fəgih bir insan əmr versə ki yollar əmin amanlıqda olsun bu əmr Allahdan qorxan insanlardan başqa kimin üçün təsirlidir? Və yaxud xarici düşmən üçün bu əmrin gücü varmı? Yoxdur. Deməli bu əmrin arxasında güc durmalıdır. Bu güc polisdir, orududur, xüsusi təyinatlı xidmətlərdir ki bunların vasitəsi ilə digər bənd də həyata keçirilir - “zorla alınmış haqq və mallar sahiblərinə qaytarılır”. Bu güc olsa yollarda qarət olunanların malları geri qaytarılar. Onu qeyd edək ki mal zorla tək yollarda alınmır. Malı zorla müxtəlif yollarnan ala bilərlər. Ümumiyətçə dövlət əmlakı, xalqın əmlakıdır. Və Allah bizə müxtəlif nemətlər verib. 

İmam deyir: “mallar sahiblərinə qaytarılır”. Deməli xalqdan oğurlanan, zorla alınan bütün mallar geri qaytarılmalıdır. Dövlət əmlakını, xalqın əmlakını qarət edənlər cəzasını alıb malları geri qaytarmalıdırlar. Və buna əmr edən lazım, buna əmr edilməlidir. Bu işləri həyata keçirən qüvvələr olmalıdır. Məsələn nazir dövlətdən oğurlanan pulu xarici bankalrda gizlədir. Bunu bir fəgihin quru əmri ilə geri qaytarmaq olarmı? Yox əlbətdə. Bunun üçün xüsusi xidmət orqanları tələb olunur. Burda başqa bəndin üzərinə gəlirik - “gəlirlər halal olur”. İslam cəmiyətində gəlirlərin halal olmasını təmin edəcək qüvvə olmalıdır. Cəza olmasa gəlirlər halal olmaya da bilər. Axı zorla alınan, oğurlanan mal necə halal ola bilər? Və yaxud ölkə daxilində maliyə cinayətləri ilə kim mübarizə aparacaq? Bü cür cinayətlər cəmiyətimizdə yer alsa və onlarla mübarizə aparılmasa biz digər bəndi “İşlər sahmana düşür”“Yer üzü abadlaşır” bəndlərini necə həyata keçirək? Və nəhayət “düşmənlərdən intiqam alınır” bəndi. Düşmən anlayışı genişdir. Düşmən həm ölkə daxilində, həm də ölkə xaricində ola bilər. Ölkə daxilində düşmən müxtəlif növ işlər apara bilər ki cəmiyətimizi dağıdsın, ölkənin varına dövlətinə yiyələnsin, daxildə bizim zəyiflədsin. Bu xarici kəşfiyat da ola bilər, yeli xainlərdə. Bunlarnan mübarizə necə və hansı güclərlə aparılmalıdır? Bunun üçün müsəlmanlar kəşfiyat orqanları yaradmalıdırlar və Allahın qanununa əsasən hərəkət eləməlidirlər. Düşmən bilsə ki müsəlmanların ordusu yoxdur onlara hücum da edə bilər və tarix göstərir ki bu dəfələlrə baş verib. Düşmən bilsə ki onun təcüvüzü qisasla dəf olacaq, yani bilsə ki hücum etsə əvəzini ondan çıxacaqlar bunu etməz. Ona görə müsəlmanlar Quran ayəsinə əsasən bacardığı qədər qüvvə toplayıb daim hazır olmalıdırlar. Müdafiəsiz və qisasız biz “yer üzünü abadlaşdıra” bilmərik.

Allah deyir: “(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!” (Quran, 8:60) Daha bir hədis: Allahın Peyğəmbəri (s):«Allah-Taala evində hücuma məruz qalıb vuruşmayan kəsə nifrət edir». (Uyuni əxbarir-Riza, c.2, səh.28, hədis 24) İndi bizim evimizə ordu ilə hücum çəkən düşmənə qarşı biz necə döyüşək? Eyni ordu ilə də döyüşmək lazım. Ordunu isə qurmaq lazım. Ordunu təchiz eləmək üçün hərbi zavodlara və fabriklərə ehtiyac var. Zavodları və fabrikləri tikmək üçün isə hərbi büdcəyə ehtiyac var. Bu büdcə müctehidə göndərilən xümslə əmələ gəlmir və gələ də bilməz. Bunun üçün dövlət lazım, dövlət! Bütün bu işləri görmək üçün möminlərdə səlahiyət və bacarıq olmalıdır. Deməli belə insanları cəmiyətimizdən tapıb bu işləri onlara həvalə etməliyik. Və bu hüququ bizə verə Allahdır. Səlahiyəti və hakimiyəti olmayan mömin, İmamın (ə) dediklərini həyata keçirə bilməz. Bunun üçün hüquq mühafizə qüvvələri olmalıdır. Məsələn polis, təhlükəsizlik xidməti, milli qvardiya və s. Gəlirlərin halal-haramlığına nəzarət edən qurum olamalıdır. Məsələn maliyə nazirliyi və maliyə monitoring idarəsi, iqtisadi cinayətlərlə mübarizə orqanları. Zorla alınmış malı ancaq zorla geri qaytarmaq olur və bunun üçün yenə də polis və yaxud əskəri qüvvələr lazım. Düşmənlərdən intiqam almaq üçün ordu lazım. İşlərin sahmana düşməsi üçün isə ümumiyətçə işləyən dövlət mexanizmi lazım. Bu işləri kanardan durub yalnız sözlə həyata keçirmək mümükün deyil. Burda biz ayənin üzərində də durmaq istəyirəm. Maidə Surəsinin 62-ci və 63-cü ayələrində Allah deyir: "Sən onların bir çoxunu günaha, düşmənçiliyə və haram yeməyə tələsən görürsən. Onların tutduqları əməllər necə də pisdir! "Nə üçün din xadimləri və baş keşişlər onlara günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir!" Günah sözlərin qarşısını necə almaq olar? Məsələn bütün günü televiziyalardan günah sözlər yalançı təbliğatlar gedir. Bunun qarşısını din xadimi, fəgih necə alsın? Ancaq gücü olsa ala bilər.

Ölkədə korrupsiyanın və geyri qanuni haram gəlirlərin qabağını necə almaq olar? Bir küncdə oturub cəmiyəti içəridən dağıdan bu xəstəliklərlə necə mübarizə aparmaq olar? Heç cürə. Ancaq güc vasitəsi ilə. Və bu ayadə iki ictimayi günah qeyd olunsa da nəzərdə başqa haram işlərdə tutulur. Allah burda din xadimlərinə müraciət edir və deyir ki bu günahlara qarşı olun. Bu ayə ruhanilərə səlahiyət verir. Və belə halda ruhanilər hansı statusdadırlar? Allahın Peyğəmbəri (s): «Hər kim yaxşı işlərə çağırıb pis işlərdən çəkindirərsə, Allahın və Onun Peyğəmbərinin yer üzündə canişinidir.» (Mustədəkul-Vəsail, c.12, səh.179, hədis13817) Başqa hədis. İmam Hüseyn (ə): -deyilir- «Allaha görə mömin olan heç bir gözə rəva deyil ki, Allaha itaətsizlik edildiyini görsün və göz yumsun, həmin vəziyyəti dəyişməsin.» (Tənbihul– Xəvatir, c.2, səh.179) Deməli İmam(ə) istəyir ki cəmiyətimizdə Allaha itaətsizlik olmasın. Bunun üçün yenə də dövlət strukturlarına ehtiyacımız var. Bu bizim möminçilik borcumuzdur. Dünyavi dövlətdə İslama görə günah sayılan işlərin qarşısını almaq mümkün deyil. Və hakimiyət çox vaxt Allahın düşməni olan bir sistemin əlinə keçir. Allah deyir: "Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər". (Quran, 47:7) Allah bizə ona kömək etməyimizdə heç bir məhdudiyət qoymayıb. Və ən üstünü odur ki bu işi dövlət səviyəsində görəsən. Bəziləri deyir ki Qeybdə olan İmamın (əf) sizə ehtiyacı yoxdur, özü gəlib hər şeyi düzəldəcək. Bu şübhəsiz ki avam düşüncə məhsuludur. Belə çıxır Allahın ehtiyacı var bizim köməyimizə İmamın(əf) yox? Onda 313 səhabə nəyinə gərək? Allah bizi yaxşı işə dəvət edir ona görə köməyinə çağırır. Belə ki Onun heçnəyə ehtiyacı yoxdur. Eləcə də İmam (əf) bizi onun gəlişinə hazırlıqlı görmək istəyir. Çünkü onun istəyi, Allahın istəyi ilə eynidir. Ayatullahül-üzma, böyük mərceyi-təqlid Cavad Təbrizinin sözləri ilə mövzunu hələki yekunlaşdırıram. “Şübhə yoxdur ki, əgər zalım hakim İslam ölkəsini parçalamaq, küfrü yaymaq, kafirləri müsəlmanların və ölkələrin üzərinə hakim etmək niyyətində olsalar, müsəlmanlara hakimiyyəti zalım hakimin əlindən alıb əməlisaleh şəxsə tapşırmaları lazımdır və bu işi görmək önəmlidir. Belə ki müqəddimə olaraq haram işləri görməylə bağlı olsa belə, qələbəyə və hakimiyyətti onun əlindən almağa inam olan təqdirdə müharibə etməyə bağlı olsa belə”. (“İrşad ət talib”, cild 3 səh. 36-37, Məkasibə şərhindən) 

Q.Ə.

Bu bölmədə