"Fəqihin vilayəti eyni Peyğəmbərin vilayətidirmi" sualına İmam Xomeynin (ə) “Vilayəti fəqih” (İslam hökuməti) kitabından cavablandırmaq istəyirik.
O yazır: “Qeybət dövründə islam hökmlərinin həyata keçirilməsinin zəruri olduğu üçün anarxiyaya uğramaq müsəlmanların namus və abırlarını qorumaq, təcavüzkarların, cəmiyyətdə hüquqların tapdalanmasının qarşısını almaq, iddiaları həll etmək və qanunları həyata keçirmək üçün hökumət lazımdır. Ona görə ki, bu kimi işlər öz-özünə görülməz, onları həyata keçirmək üçün Müqəddəs Qanunverici zəkat, xüms və xərrac kimi çeşidli vergilərin özdənilməsi də vacib etmişdir. Qeybət dövründə hökumətə başçılıq etmək üçün Allah-taala tərəfindən bir şəxsin müəyyən olunmaması halda bizim vəzifəmiz nədir? Körəsən artıq islamı buraxmalıyıq? Hökümət qurmamalıyıq? Gözümümzün qarşısında müsəlmanların haqları tapdalandıqda sükut etməliyikmi? Yoxsa cəmiyyətə hökumət lazımdır? Allah qeybət dövründə müəyyən bir şəxsi hökümətə başçılıq edən şəxsin xüsusiyyətlərini həzrət Peyğəmbərin zamanindan həzrət Sahibəz-zaman (ə)-ın çağına qədər müəyyən etdiyi kimi qeybət dövründə də müəyyən etmişdir. Yəni hökumətə başçılıq edən şəxs qanun bilən (hüquqşünas-fəqih) və ədalətli olmalıdır. Bu iki xüsusiyyət bizim əsrimizdə olan fəqihlərin çoxunda mövcuddur. Əgər fəqihlər birləşsələr, dünyada ədalət bayrağını qaldıraraq ədalət hökumətini təşkil edə bilərlər. Əgər bu iki xüsussiyyətə (rəhbərlik şərtlərinə) malik olan şəxs hökumət təşkil etsə, o, həzrət Rəsulun cəmiyyəti idarə etməkdə malik olduğu vilayətə malikdir və hamı onun əmrinə boyun əyməlidir. Həzrət Rəsuli-Əkrəmin ixtiyarı həzrət Əmirin ixtiyarından çox olması və həzrət Əmirin hökumətə ixtiyarı fəqiflərin ixtiyarından çox olması təsəvvürü batil və səhv təsəvvürdür. Əlbətdə Rəsuli-Əkrəm (s) fəzilətləri bütün aləmdən çoxdur və ondan sonra həzrət Əmirin (ə) fəziləti hamıdan çoxdur. Lakin mənəviyyat üstünlüyü hökumətə aid ixtiyarın çox olduğuna dəlil ola bilməz. Qoşun təşkil etməkdə, icra hakimləri təyoin etməkdə, vergi alıb onu müsəlmanların xeyrinə xərcləməkdə həzrət Rəsulunn (s) digər imamların (sa) malik olduqları vilayət və ixtiyarlara eləcədə indiki hökumət də malikdir. Lakin müəyyən bir şəxs deyildir.
“Həzrət Rəsulun (s) və imamların (ə) malik olduğu vilayətə qeybətdən sonra adil fəqih malikdir” deməyimiz bu təsəvvürü doğurmamalıdır ki, fəqihlərin dərəcələri həzrət Rəsulun (s) və imamların (ə) dərəcələri ilə eynidir. Ona görə ki, burada məqam və dərəcədən deyil, vəzifədən danışılır. Vilayət, hökumət ölkəni idarə etməkdir və ağır bir vəzifədir. Müəyyən bir şəxsə qeyri-adi üstünlük gətirmir; və onu adi insan səviyyəsindən yuxarı yüksəltmir. Başqa sözlə, bəhs etdiyimiz “vilayət” hökumət etmək və idarəçilik deməkdir, çoxların təsəvvürlərinin xilafına olaraq məziyyət deyil, ağır vəzifədir.Vilayəti- fəqih sözü əğlən etibari bir məfhumdur və həqiqətdə təyin etməkdir. Misal üçün səğirlər üçün qəyyum təyin edir. (Məsələn, uşağı və dəlini saxlamaq. Uşağı saxlamaq ilk növbədə ata-ananın vəzifəsidir. Bu ikisi olmayan halda hakim tərəfindən u uşaq üçün bir qəyyum təyin edilir). Səğirlərin (yetimlərin) qəyyumu ilə xalqın qəyyumu arasında vəzifə və mövqe baxımından heç bir fərq yoxdur. Misal üçün imam qəyyumluq üçün bir şəxsi müəyyən edir və ya bir şəxsə müəyyən iş tapşırır. Bu kimi işlərdə həzrət Rəsul, İmam (ə) və fəqihin fərqli olması ağıla sığmır.
Sual: 65. Rəsuli-əkrəmin (s) dövründə “vilayəti-mütləqə” kəlməsinin mə᾽nası bu idi ki: həqiqətən, Rəsuli-əkrəm(s) əgər bir şəxsə hər hansı bir işi əmr еtsəydi, hətta ən çətin işlərdə də olsaydı bеlə, o işin yеrinə yеtirilməsi həmin şəxsə vacib olardı. Məsələn, əgər Pеyğəmbər (s) bir şəxsə, o şəxsin özünü öldürməsini əmr еtsəydi, bu işin icrası o şəxsə vacib olardı. Sual budur ki, mütləq vilayət (vilayəti-mütləqə) də еlə bu mə᾽nanı daşıyırmı? (Nəzərə alaq ki, Pеyğəmbər (s) mə᾽sum (günahsız) idi, lakin hazırkı əsrdə camaat arasında günahsız adam tapılmaz.)
Cavab: Camеüş-şərait bir fəqih üçün mütləq vilayət dеdikdə məqsəd budur ki, səmavi dinlərin sonuncusu olan, qiyamət gününə kimi qalarlı olan hənif İslam dini hökm dinidir, cəmiyyətin işlərini idarəеtmə dinidir. Bu halda İslam cəmiyyəti üçün (bu cəmiyyətin bütün təbəqələri ilə bеlə) hökmən vəliyyi-əmr, hakimi-şər᾽ (şəriət hakimi) lazımdır. Həmçinin, ümməti və müsəlmanları düşmənlərdən qorumaq üçün, onların dövlətini qorumaq, onların arasında ədaləti bərqərar еtmək, güclünün zəiflərə təcəvüz еtməsinin qarşısını almaq üçün, onların mədəni təkamülü, siyasi, ictimai inkişafları, rifahları üçün lazım olan vəsaitləri tə᾽min еtmək üçün bir nəfər rəhbər lazımdır. Bu işlər də əməli olaraq nüfuzеtmə məqamında bə᾽zi şəxslərin istəkləri, tamahları, mənafеləri, azadlıqları ilə düz gəlmir. Müsəlmanların hakiminə İslam fiqhi əsasında rəhbəriyyətin mühüm işlərini icra еdən vaxt vacibdir ki, еhtiyac duyulan vaxt lazım olan icariyyə əməllərini tətbiq еtsin. Bu halda onun istəyi, səlahiyyəti (İslamın və müsəlmanların ümumi mənafеyi məsələsi qarşıya çıxanda) ümumxalq istəklərinə hakim olmalıdır. Bu da mütləq vilayətin kiçik işlərindəndir. Burdan aydın olur ki fəqihin vilayəyi nə üçün lazımdır. Yəni Peyğəmbərin üstə göstərildiyi məsələlərdə vilayəti tamamən İmama (ə) keçir, İmam (ə) qeybdə olduğu zaman isə fəqihə.