Seyyid Sistani və Fəlsəfə elmi

Nəcəf hövzəsinin böyük təqlid mərcəi Ayətullah Sistaninin fiqh üsulu sahəsində “Ər-Rafid fi ilmil üsul” adlı kitabı var. Bu kitab Seyyid Sistaninin xaric dərslərinin Ayətullah Munir Xabbaz tərəfindən tərtiblənərək kitab halına salınmış formasıdır. Kitaba nəzər yetirdikdə klassik üsul kitablarından fərqli bir üslubun olduğu məlum olur. Müəllif, kitabda üsul elminə aid müxtəlif mövzuları təhlil edir. Həmin mövzulardan biri də üsul elminin təsirləndiyi elmlərin qeyd olunmasıdır. Seyyid Sistani həmin elmlərin başında fəlsəfəni qeyd edir.

Kitabın 18-ci səhifəsində deyir:

الحقل الفلسفي: هناك عدة نظريات فلسفية ذكرناها في علم الاصول و رتبنا عليها بعض الافكار الفلسفية…

“Fəlsəfə elmi: Bəzi fəlsəfi mövzular var ki, biz onları üsul elmində qeyd etmiş və onların əsasında bəzi üsuli nəticələri əldə etmişik….”

Seyyid Sistaninin bu ifadələrindən bəlli olur ki, üsul elmində yəni dolayısıyla ilahi hökmləri ələ gətirməkdə bir sıra fəlsəfi qaydalara ehtiyac var…

Kitabın 20-ci səhifəsində isə belə deyir:

من النظريات التي نهتم بها كثيرا في بحوثنا الاصولية نظرية وحدة الموجود…

“Üsul bəhslərimizdə ciddi maraq göstərdiyimiz (fəlsəfi) nəzəriyyələrdən biri də mövcudun təkliyi mövzusudur..”.

Gördüyünüz kimi bəzən hansısa fəlsəfi bir nəzəriyyə o qədər önəm və əhəmiyyət kəsb edə bilər ki, fəqih, həmin məsələyə ciddi maraq göstərmək məcburiyyətində qalır.

Daha sonra Seyyid Sistani bu mövzudakı (mövcudun təkliyi) bəzi rəyləri qeyd etdikdən sonra öz rəyini belə açıqlayır:

و لكننا نختار ما طرحه بعض فلاسفة الغرب كالفيلسوف الفرنسي -روسوا- و بعض فلاسفة الشرق و هو اقا علي مدرسي من اتحاد هذين المفهومين و هما الجوهر و العرض وجودا….

“Lakin biz bu mövzuda bəzi qərb filosoflarının -Russo kimi- və həmçinin bəzi şərq filosoflarının -Ağa Əli Müdərrisi kimi- bu iki məfhumun yəni cövhər və ərəzin bir olduğunu deyən rəyi qəbul edirik…”

Sizi and verirəm Allaha ilahi hökmləri ələ gətirmək üçün cövhər və ərəz bəhsinin nə kimi faydası var axı? Ayaqyolunda təmizlik zamanı suyu iki dəfəmi yoxsa üç dəfəmi tökülməsinin cövhər və ərəzlə nə bağlılığı? Həəə…amma Sistani deyir yox, əlbət bir bağlılığı var, özüdə elə var ki, bizi həmin fəlsəfi mövzularla ciddi maraqlanmağa vadar edib…

Yaxşı bunu bildik ki, fəlsəfi mövzulara ehtiyac var. Bəs Russonun rəyini niyə qəbul edirsən? Axı o kafirdir! Şəri hökmlərin ələ gətirilməsində kafir Russonun rəyinə söykənmək olar?

Cavab budur ki, bəli olar, çünki hikmət möminin itiyidir harda görsə götürər, fərqi yoxdu müsəlman, bütpərəst, kafir və s….

Höccətul İslam Şeyx Təbriz Nəcəfi 

Метки: FƏLSƏFƏ

Bu bölmədə