Ayətullah Müntəziri və aləmin qədim olması

Fəlsəfəni qəbul edib onun fiqhə zidd olmadığını isbatlamış fəqihlərdən idi.

 

Qələmə aldığı "Minəl məbdə iləl məad" adlı kitabında əqidəylə bağlı bir çox mövzuları fəlsəfi və irfani dəlillərlə isbatlamağa çalışıb. Həmin mövzulardan biri də "Aləmin yaranması" bölümündə aləmin qədim və əzəli olduğunu söyləməsidir. Məsələn kitabın 30-cu səhifəsində deyir:

فاي مانع من ان يكون الكون الذي هو فيض منه و مظهر له موجودا منذ الازل؟ اذ لا يلزم من كون الشيء مظهرا لشء انفصال احدهما عن الاخر من الناحية الزمنية...

"(Allahın) feyzi və məzhəri olan aləmin əzəldən var olmasının nə problemi var?. bir şeyin başqa şeyin məzhəri olması üçün həmin şeydən zaman olaraq ayrı olması lazım gəlməz..."

Daha sonra Müntəziri mətləbin asan həzm edilməsi üçün günəş və onun şuasından nümunə gətirərək deyir:

شعاع الشمس مثلا مظهر للشمس و مرتبط بها دون ان يكون منفصلا عنها زمانا فلو فرض وجود الشمس قبل الف سنة سيكون شعاعها موجودا قبل الف سنة و لو فرض وجودها منذ الازل كان لازم ذالك وجود شعاعها منذ الازل ايضا...

"Günəşin şüası məsələn onun məzhəri və ona bağlıdır, arada zaman olaraq heç bir ayrılıq olmadan. Əgər günəşin min il əvvəl var olduğu fərz olunsa şüası da min il əvvəl vardır demək. Əgər günəşin əzəldən var olduğu fərz olunsa şüası da əzəldən vardır demək..."

Mətləb aydındır. Ayətullah Müntəziri aləmin qədim olduğuna inanırdı. Bu inanc isə ona tədris etdiyi fəlsəfi kitablardan qalıb. Hər halda Müntəziri kimi fəqihlər fəlsəfəni kafir malı və qusuğu hesab etmirdi. Bu da onu göstərir ki fəlsəfəylə fiqhi cəm etmək mümkündür...

Qeyd: Təkfirçi dostlardan xahişimiz budur ki, Müntəzirini fəlsəfəçi olduğuna görə təkfir etməyin. Bilirəm bu fikirlər Seyyid Xomeyninin kitabında olsaydı çoxdan kafir fətvasını vermişdiz. Çünki sizin əsas probleminiz elə həmin şəxslədir, fəlsəfə irfan zad isə bəhanədir...

 

Bu bölmədə