Fəqih Ayətullah Subhani "Kəşful-Murada" yazdığı şərhin 7-ci səhifəsində belə deyir:
Fəqih Ayətullah Sübhani dövrümüzün ən böyük kəlam alimlərindən olduğu hər kəsə məlumdur. Bu sahədə ömrünü qoymuş və onlarla əsərlər yazmış bir şəxs özü etiraf edir ki, Allahın varlığı məsələsi Fəlsəfədə isbat olunur, Kəlam elmində isə varlığı isbat olunmuş Allahın, sifətlərindən, fellərindən və digər mövzulardan söhbət açılır...
Mümkündür biri etiraz etsin ki, axı "Kəşful-Murad"ın İlahiyyat bölümündə Allahın isbatına dair bölüm var, bəs necə olur ki, Sübhani Kəlamda bu bölümün olmadığını iddia edir?
Cavab budur ki, bu bölümün Kəlama daxil edilməsinim səbəbkarları elə filosofların özləridir. Xacə Tusi kimi filosoflar sonradan bu mövzuları Kəlam elminə daxil ediblər...ona görə də tarixçilər Tusi və Razidən sonra Fəlsəfənin Kəlamla bir-birinə qarışdığını söyləyirlər...
İndi görürsüz Fəlsəfəni küfr bilib onunla müharibə edənlər əslində necə yanlış və əsassız yol tutublar???