Fəlsəfə və irfan

Fəlsəfə və irfan elmi puçdurmu?

Fəlsəfə və irfan elmi puçdurmu? - Şeyx Vəhid Xorasaniyə rəddiyə

Tanınmış fəqihlərimizdən birinin aşağıdakı məzmunda belə bir sözü var: “İrfan elmi mənim yanımdadır, Mövləvini başdan-ayağa istəyirsinizsə hamısı mənim yanımdadır, harasından istəsəniz sizin üçün deyə bilərəm. Әgər fəlsəfə istəsəniz, “Әsfar” kitabının əvvəlindən tutmuş axırına dək, “varlıq” mövzusundan başlamış “təbiət” mövzusuna dək harasından istəsəniz sizin üçün deyərəm. Amma bunların hamısı puçdur. Hər şey Quran və sünnədədir. Filolsofların səbəb və nəticə arasında var olduğuna inandıqları bənzərlik (sinxiyyət) iddiası yanlışdır. Varlığın təkliyi (vəhdətul-vücud vəl-mövcud) nəzəriyyəsi isə yanlışın yanlışı və küfrdür…”

İrfanda “Vücud” terminin izahı, “Vəhdətül-vücud” sözünün mənası…

İrfanda “Vücud” terminin izahı, “Vəhdətül-vücud” sözünün mənası…

Nəzəri irfanla tanışlığı olan kəslər yaxşı bilirlər ki, arifin bu elm sahəsində müzakirə etdiyi iki fundamental mövzu var: Vücud və kamil insan! Şübhəsiz qeyd etdiyim “vücud” kəlməsindən belə bir sual zehinlərə gələ bilər ki, nəyə və hansı qayəyə görə arif, vücud məsələsini araşdırır? Bir halda ki, bu mövzu elə fəlsəfənin də araşdırdığı əsas mövzudur. Belə olan halda arifin də bu mövzunu yenindən araşdırmasına nə gərək vardır?

3 səhifədən 1123»