Tehranda erməni soyqırımınına aid abidə nə vaxt və harda inşa edilib...

Bir qrup saxtakar feysbuk məkanında “Tehranda erməni soyqırımına abidə qoydular” şüarı ilə müsəlmanları həqiqətdən yayındırır. Və bunu İran İslam Respublikasının siyasəti kimi qələmə verir ki baxın bu da farsların ermənilərə sevgisi.

Bundan öncə dəfələlrə qeyd etmişik ki bəzilərinin deyəsən yaddaşı xarabdır. İstanbulun ortasında "Hepimiz ermeniyiz" sloqanlarını deyən türkləri nə tez unutdular, İstanbulun mərkəzində soyqırımla bağlı ermənilərin izdihamlı mərasimlərini nə tez unutdular. Niyə bu haqda yazmırlar? Tehranda ermənilərin yürüşü qadağan olunanda bu yürüş İstanblda baş verdi. Adam nəqədər vicdansız, utanmaz, saxtakar, həyasız olar? “Bəlkə biraz yavaşlayasınız?” (c) Keçək Tehrana...Əvvəl kilsə məsələsinə toxunacağıq.

Ümumiyyətlə İranda bütün kilsələrin tarixçəsi lap qədimə gedib çıxır. Ermənilər İranda həmişə əhli kitab sayılıb. Yəni bu kilsələri İran İslam Respublikası öz hesabəna tikmir, bunları bir çoxunun tarixçəsi 13-cü əsrdən başlayaraq, Səfəvilərin, Əfşarların, Qacarların vaxtına gedib çıxır. Baxın elə bu erməni soyqırımına aid olan abidə də ermənilərin Müqəddəs Sarkis kilsənin həyətində qoyulub, onun bir küncündə. Bu kilsənin ərazisinin və kilsənin özünün tarixçəsi 1774 – 1790-ci illərə gedir çıxır. Bu kilsəni ilk tikilişidir. Bura kənd kilsəsi olub. Sonra sökülüb yenidən tikilib 1835-ci ildə. Hələ nə Azərbaycan Respublikası var idi, nə də ki Qarabağ müharibəsi var id. Erməniləri ora sürüyürdülər bura sürüyürdülər. Osmanlıda isə ermənilər "sadiq millət" adını qazanmışdırlar. Sonra isə bu ərazidə yeni kilsə tikilir. Bu 1964-1970-ci illərdə baş verir.

İndi isə ən əsası... Ən mühümü... Ermənilərin soyqırımına həsr olunan abidə 1973-cü ilə tikilib. Şah Məhəmməd Rza Pəhləvinin vaxtında. Bu abidə İran İslam Respublikası vaxtında tikilmiyib. Bu abidə inqilabdan 6 il öncə tikilib və soyqırımın 58 illiyinə həsr olunub. Bu kilsə ərazisi İran qanunlarına görə Əhli-Kitaba məxsusdur. Onların mülküdür və ərazisidir. Bu mülk və ərazi toxunulmazdır. Demək olar ki Ermənisan səfirliyinin ərazisi statusundadır. Orda ermənilər öz etiqadına aid nə istəsələr tikə bilərlər. Bu soyqırım da ermənilər üçün müqəddas faciə xatirəsididir. Onların bir növ etiqadıdır. Və İranda bütün Əhli Kitablara verilən etiqad hüquqları qorunur. İndi bu soyqırım necə olub, nə cür olub o başqa məsələdir. Onu da qeyd edək ki. İran-

İraq müharibəsində (1980-1988) hələ Azərbaycan və Ermənistan dostcasına və mehribancasına bir dövlətdə yaşayanda, bu İran erməniləri Səddam Hüseynin təcavüzünə qarşı vuruşurdular. Deməli İran erməniləri, İran azərbaycanlıları ilə bir səngərdə, bir meydanda ümumi düşmənə qarşı öz vətənlərini qoruyurdular. İranı qoruyurdular. Hələ nə Azərbaycan Respublikası var idi, nə də ki Qarabağ müharibəsi. İndi təsəvvür edək biz Ermənistanla düşmən deyilik. Qarabağ müharibəsi də yoxdur. Bakida və Azərbaycanın digər rayonlarında ermənilər firavan yaşayır, bizimlə qohum olur, bir birimizlə dostluq edirik. Baxın, heç bu abidə söhbəti olardı? Olmazdı. Niyə olmazdı? Çünki erməni bizə düşmən olmayacaqdı.

Türkiyənin öz problemi olan soyqırım məsələsini də beyinlərimizə heçkəs soxuşdurmayacaqdı. Necə ki bu soyqırım bizim 70 ildir heç vecimizə deyildi. Siz məsələnin absurdluğuna varırsınızmı? Görün nəqədər gülünc vəziyətdir. İran şahları vaxtına tikilən kilsə, İran şahının vaxtında qoyulan abidə, heç İslam Respublikasına aid olmayan bir məsələni bir qrup saxtakar götürüb əlində bayraq edib. Bu bir anekdotdur. Deyib gülmək olar. Nə qədər yazığ və həşərat səviyyəsindədirlər bunlar? İndi bizə görə mi, yoxsa İrana “podlyanka” edən, İranı panturanizm ideologiyası ilə, pantürkçülük ideologiyası ilə dağıtmaq istəyən Türkiyəyə görə mi bu abidə dağılmalıdır? Dünya nə deyər İrana? Massonların əlində olan dünya mediası bu faktı da əlinə götürüb İrana qarşı səlib yürüşü elan edəcəkdi, İranda xristianlar təqib olunur. Bizə görə eləməz, çünki abidə Azərbaycan SSR və Ermənistan SSR bir birinə qardaş deyib SSRİ dövləti qurmuşdular, müttəfiq respublikalar idilər. Türkiyə isə o vaxt SSRİ-in rəqibi idi. Azərbaycanda və Ermənistanda yerləşən 4-cü və 7-ci ordu Türkiyənin bu başından girib o başından çıxmalı idi. Azərbaycanda hətta 160 dan çox nüvə başlığı var idi, raket şaxtaları yerləşdirilmişdir. Bizə görə eləməz çünki soyqırım məsələsi Türkiyəyə aiddir, müstəqil Azərbaycan Respublikasının problemi deyil.

Türkiyə isə heç bir irad bildirmir və əksinə öz ərazisində ermənilərə soyqırım mərasimlərini keçirməyə icazə verir, özüdə lap yüksək səviyyədə. Türkiyə bu abidəyə eç bir irad bildirmirsə, siz niyə ortaya düşüb hüştürümlük edirsiniz? Türkiyə ölkənin göbəyində, gözünün içində ermənilərin soyqırımının anılması ilə bağlı mərasimlərinə icazə verirsə siz niyə özünüzü cırısınız? İran keçən il ermənilərin yürüşünü qadadağı etdi, Türkiyə icazə verdi, siz niyə özünüzə əl qatmısınız? Nəisə... Bu abidənin İran İslam Respublikasına heç bir aidiyyəti yoxdur. Abidə kilsənin abidəsidir, oranın tikilisidir. Ora İranın və İslamın Əhli-Kitablara aid olan qanunları ilə qorunur və demək olar ki səfirliyin ərazisi kimi bir satatusdadır. Bu abidə hətta beynəlxalq qanunlarla belə qorunur. Düşünürük ki bu məsələyə kifayət qədər aydılıq gətirdik.

 

Bu bölmədə