Şəhid Seyyid Əli Əndərzqu kimdir?

Seyyid Əli Əndərzqu (1939-1978) Pəhləvi rejiminə qarşı çıxan silahı bir mübariz, eləcədə İslami Hərəkatın heyət üzvü idi. O, İranın keçmiş şah  rejimi əleyhinə ən çox fəaliyyət göstərən biri kimi tanınırdı.

Uşaqlıq və yeniyetməlik dövrü

Seyyid Əli Əndərzqu 1939-cu ildə dünyaya gəlibdir. Atası Seyyid Əsədullah bənnalıqla məşğul idi. Ancaq sonradan Tehrana gedərək Şuş meydanında ticarətlə məşğul olmağa başlamışdı. O, orta məktəbi bitirdikdən sonra ailəsinin maddi çətinlikləri səbəbindən təhsilini yarımçıq buraxıb, taxta emalatxanasında işləməyə məcbur olur. Buna rəğmən, gündəlik işini bitirdikdən sonra, Hərəndi məscidində fiqh və üsul dərslərini öyrənirdi. Əndərzqu yeniyetmə ikən, Nəvvab Səfəvi, habelə İslam Fədailəri Təşkilatı ilə tanış olmuş və bu tanışlıq onda yetərincə təsir qoymuşdu.

Evliliyi

1964-cü ilin əvvəllərində 25 yaşında olan Əndərzqu, Mehdi İraqinin tanışlığı ilə Hacı Rza Xacə Əlinin evinə elçi gedir. Ancaq bu vüsal çox az çəkir və Həsən Əli Mənsurun qətlindən sonra onun özünə və həyat yoldaşına, eləcədə həyat yoldaşının ailəsinə təzyiqlər daha da artır və dəfələrlə dindirilməyə çağırılırlar. Bu səbəbdən dolayı, bu yenicə qurulmuş ailə həyatı çox uzun çəkmir.
O, sərgərdan və ailəsiz keçən 7 ildən sonra, nəhayət Çizər məscidinin imamı olan, höccətül-islam Musəvinin və Çizər Dini Elmi Hövzəsinin rəhbəri, höccətül-islam Seyyid Əli Əsğər Haşiminin vasitəçiliyi ilə cənab İzzətullah Sil Seh Purun qızına elçi gedir. Onun bu evlilikdən Seyyid Mehdi, Seyyid Mahmud, Seyyid Muhsin və Seyyid Mürətza adlarında 4 oğlu dünyaya gəlir.

15 Xordad Qiyamı

O, 15 Xordad qiyamı zamanı baş vermiş mitinqin fəallarından və öndərlərindən biri idi. Hadisə baş vermiş gecə Ayətullah Xomeyni tərəfindən kitab hədiyyə edilərək təqdirə layiq görülür. O, bu hadisədən sonra SAVAK (İranın o dönəmdə olan təhlükəsizlik komitəsi) tərəfindən ilk dəfə olaraq tutulub həbsə atılır. Həbsdə olduğu müddətdə dözülməz işgəncələrə məruz qalır. Bu işgəncələrin nəticəsində huşsuz vəziyətə düşsə də, SAVAK-ın rəsmi sənədlərinə əsasən, bir dəfə belə olsun SAVAK məmurlarına heçnə danışmamışdı. Ancaq bir müddət sonra yenidən azadlığa çıxaraq, İslam Koordinasiya Komitəsinin hərbi qoluna qoşulur. O, şah şejiminə qarşı olan mübarizəsinə 18 yaşından başlayır. Əndərzqu mübarizə illərində 24 şəxsiyyət vəsiqəsi , habelə xeyli sayda pasportdan istifadə etmişdi. Bu səbəbdən dolayı, onu min çöhrəli qəhrəman adı ilə tanıyırdılar.

Həsən Əli Mənsura sui-qəsdi

O, İslam Koordinasiya Komitəsinin hərbi qoluna qoşulduqdan sonra, komitə həmin dövrün baş naziri olan Həsən Əli Mənsurun sui-qəsd edilməsi qərarını verir. Əndərzqu baş naziri daşıyan maşını yavaşlatmağı öz öhdəsinə götürür. İslam Koordinasiya Komitəsinin üzvü olan Məhəmməd Buxarayi baş nazirə atəş açaraq onu boğazından vurur. Daha bir gülləni də Əndərzqu vurur və hadisə yerindən uzaqlaşır. Bu hadisədən sonra, SAVAK onu və digər iştirakçıları axtarmağa başlayır. Ancaq Əndərzqunu tapa bilmirlər. Buna görə də, təşkil olunmuş qiyabi məhkəmədə Əndərzqu barəsində edam hökmü verilir.

İraqa qaçışı

Əndərzqunun qiyabi mühakiməsindən sonra SAVAK onun izinə düşməyi bacarır. Ancaq o, SAVAK-ın əlindən qaçaraq, İraqa gedir. O, İraqda olarkən ara-sıra İmam Xomeyninin görüşünə gedir. Əndərzqu 1966-cı ildə İrana geri dönür.

Tehran, Qum və Məşhəd şəhərlərindən sakin olması

O, İrana qayıtdıqdan sonra, SAVAK-ın onu axtarmasından dolayı daim öz yaşadığı yeri dəyişmək məcburiyyətində qalır. O, bu illər ərzində Tehran (Çizər məhəlləsində), Qum şəhərlərində yaşamağa başlayır. O, həmçinin dəyişik libaslar və adlardan istifadə edərək, bir çox şəhərlərdə rejim əleyhinə təbliğat aparır. Məşhəd şəhərində olarkən, şəhərin böyük alimlərindən olan Nişapuri adlı ədibin yanında dini elmlər öyrənir. Eyni zamanda da , digər tələbələr onun elmi və ictimai-siyasi məlumatlarından bəhrələnirlər. Məşhəddə bir neçə dəfə yaşadığı evi dəyişmək məcburiyyətində qalır. O, hələ Məşhəddə ikən, həcc ziyarətinə getmişdi. Sonrakı ümrə ziyarətində isə həccdən Nəcəf şəhərinə gedərək İmam Xomeynini ziyarət edir. Bu illər ərzində, onunla eyni yolda olan digər qruplara silah və maddi yardım göndərərək dəstək göstərirdi.

Əfqanistana qaçış

1972-ci ildə SAVAK onun dostlarından birini həbsə atır və işgəncələrə məruz qoyur. Bu işgəncələrə tap gətirə bilməyən dostu onun əleyhinə etiraf edir və SAVAK ələ gətirdiyi məlumatlar əsasında onun yaşadığı yeri müəyyən edir. Ancaq, Əndərzqu Qum şəhərinə qaçmağa nail olur. Qumda ikən, orada olan digər mübariz qruplarla əlaqə yaradır və onlara maddi və silah yardımı göstərir. Ancaq, SAVAK onun Qumda yaşadığı yeri öyrəndikdən sonra, o, Məşhəd şəhərinə qaçır və dostu höccətül – islam Vaiz Təbəsi vasitəsiylə xanımı ilə birlikdə Zabul və Zahidan yolu üzərindən Əfqanistana qaçmağa nail olur. Əndərzqu orada 1 ay qaldıqdan sonra, Məşhəd şəhərinə qayıdaraq öz fəaliyyətlərinə yenidən başlayır.

Suriya və Livana gedişi

İrana qayıtdıqdan sonra, Suriya və Livana yollanaraq, hərbi təlim görür. O, Livanda olarkən Ayətullah Xomeyninin Əl- Fəth Təşkilatında olan nümayəndəsi ilə əlaqə yaradaraq hərbi təlimlərə qoşulur. O, bu müddət ərzində ağır silahlardan istifadə etməyi öyrənir.

Məhəmməd Rza Şah Pəhləviyə qarşı sui-qəsd planı

O, İrana qayıtdıqdan sonra altı aylıq bir plana uyğun olaraq, şahın sarayında olan bir şəxsin vasitəsiylə Məhəmməd Rza Şah Pəhləvinin gediş-gəlişini nəzarət altında saxlayır. O, Fələstindən partlayıcı maddə gətirməklə Məhəmməd Rza Şah Pəhləviyə sui qəsd təşkil etmək istəyirdi. Ancaq onun ölümü bu planı həyata keçirməyə imkan vermir.
1978-cii ilin Avqust ayının iyirmi dördündə,yəni Ramazan ayının 19-cu günü, oruc halında dostlarından birinin evinə gedərkən, SAVAK məmurları tərəfindən açılmış gülləyə tuş gəlir. O, hadisə yerini tərk edə bilməyəcəyini anladıqda, özü ilə gətirdiyi sənədləri udaraq və qana bulayaraq ortadan qaldırmağa səy göstərir. Məmurlar onun üzərində partlayıcı maddənin olmadığına əmin olduqdan sonra, ona yaxınlaşırlar. Daha sonra, onu bir xərəyin üzərinə qoyaraq aparmaq istəsələrdə, o, bədənini tərpədərək özünü su arxının içinə atır və oradaca dünyasını dəyişir. Ailəsinin onun ölümündən xəbəri yox idi. Ancaq 1979--cu ildə baş tutan İran İslam inbilabından sonra Seyyid Ruhullah Xomeyni vasitəsiylə onun ölümündən xəbərdar olurlar. Şəhid Əli Əndərzqu yeganə şəhiddir ki, şəhidlik xəbəri ailəsinə İmam Xomeyni tərəfindən çatdırılır. O, İslam dünyasında “İnqilabın tənha partizanı” olaraq tanınır. Onun şahın sarayında və harınlamış məmurların qəlbində buraxdığı qorxunun təsiri, İslaminqilabına qədər davam etmişdir. SAVAK-ın rəisi öz hesabatında belə yazmışdı: Mən öz nəzarətimdə olan şəxslərə təəccüb edirəm ki,Əndərzqu su içirmiş kimi ölkəyə silah gətirir və sizin bundan xəbəriniz yoxdur.Siz hansı cəhənnəmdəsiniz və nə işlə məşğul olursunuz?

Əndərzqunun məzarı Tehranda Behişti Zəhra qəbirsanlığının 39-cü hissəsinin 72-ci sırasında yerləşən 55 nömrəli qəbirdir. Əndərzqu bütün bu fəaliyyətlərlə məşğul olmasına baxmayaraq, bir an belə olsun mənəvi seyr-sulukda, öz bəndəçilik vəzifələrində qəflət etmirdi. İmam Xomeyni (r.a) şəhid Əndərqzu barəsində belə deyibdir: “Biz inqilabın yarsını bu şəhid vasitəsiylə ələ gətirdik.” Ayətullah Seyyid Əli Xamenei isə bu şəhid barəsində deyir: “Şəhid Seyyid Əli Əndərzqu Əli övladı olan mübariz müsəlman idi. Əli ilə eyni adda və eyni yolda idi. Mən İslam ümmətinə bu əziz və tanınmamış çöhrəni daha yaxşı tanımağa səy göstərmələrini məsləhət görürəm.”

Şəhid Əndərzqunun üçüncü övladı olan Seyyid Muhsin Əndərzqu ata və anasının mübarizə illərəndə olan xatirələri barəsində deyir: “Mənim atam dəfələrlə İmamla görüşmüş və şahı öldürmək üçün icazə istəmişdi. Onun buna qədrəti də çatırdı.Yəni, şəhid Əndərqzunun şah sarayında olan nüfuzu heç bəlkə də saray adamlarında yox idi. O həddə ki, təhsil naziri ilə dost olmuşdu. Saraya daxil olaraq şahı görə bilirdi. Həmin şah ki, Əndərzqunun arxasınca idi və onun ölüsünə və ya dirisinə 60 milyon hədiyyə təyin etmişdi. Ancaq İmam, şaha sui-qəsd etmək heç nəyi dəyişməyəcək deyirdi.

İmam yalnız şaha sui-qəsd etməyin əleyhinə idi

Bu insanlar mübariz müsəlman idilər. Onlar vəlilərinin izni olmadan heç bir iş görməzdilər. Mənsuru öldürmək istədiklərində də, İmamdan izn istəmişdilər. Bəziləri deyirlər ki, İmam sui-qəsdin əleyhinə idi. Bu tamamiylə yalnışdı. İmam yalnız şaha sui-qəsdin əleyhinə idi.
Mənsura sui-qəsd etmək istəyəndə isə bir neçə müsəlman cavan Ayətullah Milaninin yanına gedirlər. Çünki, İmam sürgün olunduğundan dolayı əlləri ağaya çatmırdı. Onlar, Mənsurun şəri cəhətdən edam hökmünü almaqla bu edam hökmünün bir ayətullahdan almaq istəyirdilər. Nəhayət, bu hökmü ayətullah Milanidən alırlar. Sonradan bəziləri qəzetlərdə elə qələm verdilər ki, sanki, Şəhid Əndərzqunun bu işi yalnış idi və İmam da onun bu işinə, habelə silahlı mübarizəyə şiddətlə qarşı idi. Halbuki, məsələ tamamiylə başqa cür idi.
Şəhid Əndərzqu təhsil naziri ilə dost idi. Mənim atam dəfələrlə İmamla görüşmüş və şahı öldürmək üçün icazə istəmişdi. Onun buna qədrəti də çatırdı.Yəni şəhid Əndərqzunun şah sarayında olan nüfuzu heç bəlkə də saray adamlarında yox idi. O həddə ki, Təhsil naziri ilə dost olmuşdu. Saraya daxil olaraq şahı görə bilirdi. Həmin şah ki, Əndərzqunun arxasınca idi və onun ölüsünə və ya dirisinə 60 milyon hədiyyə təyin etmişdi. Ancaq İmam,şaha sui-qəsd etməyin heç nəyi dəyişməyəcəyini, əksinə bunun inqilabı zəiflədəcəyini deyirdi. Səbəb olaraq İmam buyururdu ki, əgər bu işi görsələr başqa birisi hökümətin başına gələcəkdir və mümkündür ki, həmin şəxs də,bütün iradları aradan qaldırmaqla inqilab üçün ciddi bir problem yaradacaqdı.Bu səbəbdən dolayı da, İmam şahın sui-qəsd olunmasının əleyhinə idi.

İmam silahlı mübarizənin əleyhinə deyildi
İradlara cavab 

Əlbətdə,bəziləri belə bir irad bildirirlər ki, bütün bu addımlar özbaşınalıqdan irəli gəlirdi. İnqilabdan öncə İmam silahlı mübarizənin əleyhinə deyildi və öz çıxışında bildirdi ki, yumruğa qarşı yumruq, gülləyə qarşı güllə olacaqdır. Öz çıxışlarında və bəyanatlarında bu fikirləri 1963-ci ildən bəyan edirdi. Yəni,mübarizlərə istiqamət verirdi ki, əgər bacarırsınızsa, silahlı müqavimət göstərin. Çünki,insanlar öldürülməkdə idi. İmam bütün bunları öz məktublarında bildirirdi. Ancaq, bəziləri bunu düşünmürlər və İmamın silahlı müqavimətin əleyhinə olduğunu bildirirlər.
Gəlin, həqiqətləri görməyə çalışın. Baxın görün, İmam nələri demişdi?! Öz vəsiyyətnaməsində yazmışdı ki, Xamenei ağanın arxasınca gedin. Ancaq, bütün bu deyilənləri görməyib, başqa şeylər axtararaq öz şəxsi rəylərinə uyğun təfsir edirlər. Bir çox yerdə silahlı mübarizə barəsində deyilməsinə baxmayaraq heç birini, heç bir zaman bəyan etmirlər. İnsan hüquqları məsələsinin ortaya atılacağını deyirlər. Axı, hansı insan hüququ?!

Şah bu qədər adam öldürəndə , o zaman harda idi insan hüququ? Niyə bu qədər insanı öldürüsünüz deyə soruşulmadı? Şah insanları öldürəndə insan hüququ ortaya atılmırdı, ancaq, mübarizlər silahlı mübarizə aparanda insan hüquqlarını ortaya atırlar. Biz nə qədər zəifik olmalıyıq ki, mübarizlər silahlı mübarizə aparanda insan hüququ ortaya atılır, ancaq SAVAK-ın işgəncə zindanlarında nə baş verdiyindən heç bir şey danışmırıq.”

Şəhid Əndərzqunun oğlu digər bir müsahibəsində deyir: “Mənim atam avqust ayının 24-ü şəhid oldu. O gecə inqilabçılardan 200 nəfəri həbs olundu. Həmin günün sabahısı bizim evimizə gəlib bizi tutdular və işıq idarəsinə məxsus olan sarı rəngli çiplə bizi Tehrana apardılar. Yadımdadır ki, mən maşının arxa təkərinin üzərində oturmuşdum və Məşhəd-Tehran yolunun istisində -o zaman yol kənarında heç bir şey yox idi- susuzluqdan ölmək üzrə idim.

İmam Xomeyni buyurur: “Bu mübariz ruhani şəhid olan gün onun şəhadət xəbərini mənə teleqramla bildirdilər. Mən bu xəbəri eşidəndə çox narahat oldum və şəhid Əndərzqu kimi mübarizə sahəsində böyük təcrübəyə malik belə bir nemətdən məhrum qaldığımıza görə çox qüssələndim.”

Şəhid Əndərzqunun oğlu deyir: "Biz Tehranda Rifah mədrəsəsində İmamın xidmətinə yetişəndə, İmam məndən balaca olan iki qardaşımı öz dizləri üzərində oturtdu və bizlərə məhəbbət göstərməyə başladı. İmam kiçik bir müqəddimdən sonra, atamızın şəhadət xəbərini bizə bildirdilər. Atamın şəhadət xəbərini eşidəndə anamın halı dəyişdi və çox narahat oldu. Həzrət İmam da, anamın bu narahatçılığını görüb xanım Zeynəb (ə.s) - i və o Xanımın səbrini anamın yadına salaraq, anama səbrli və dözümlü olmağı nəsihət etdi. Sonra da, bizlər üçün dua etdi və mən hələdə İmamın duasının təsirlərini öz həyatımda müşahidə edirəm".

 

 

Bu bölmədə