Hacı Qasim Süleymani deyərdi: "Azərbaycan cavanları İmam Zamana (ə.c) yardım edəcək ən birinci şəxslərdəndirlər." O, bu sözü tam etiqadla və bütün vücudu ilə inanaraq deyirdi.

General Əsədbeygi deyir: Hacı Qasim Süleymani hesab edirdi ki, Azərbaycanın və Qafqazın cavan möminləri İmam Zamanın (ə.c) ən birinci sadiq yardımçılarındandırlar və o, bu sözü bütün vücudu ilə inanaraq deyirdi.
Bir gün Hacı Qasimə dedim:
-Sizin dediyiniz bu söz düşünürəm ki, çox böyük sözdür. Sizin bu sözü deməyə əsasınız varmı?
Dedi:
- Bəli, mən bu məsələni mütaliə etmişəm və bilirəm ki, Azərbaycan cavanları zühur dövründə İmam Zamana (ə.c) qoşulacaq sadiq əsgərlərin ən birincilərindəndirlər. Azərbaycan xalqı və cavanları Ali-Muhəmmədin (ə.s) yetimləridirlər və bu şəxslərin öz şiə kimliklərinə yenidən qayıtmaqları üçün səy göstərmək lazımdır.

Hacı Qasimin digər millətlərə olan baxışı hər millətin adəti, mentaliteti, tarixi, mədəniyyəti və şəxsiyyətinə görə fərqlənirdi. Onun hər bir ölkənin vətəndaşı ilə olan rəftarı həmin ölkənin sahib olduğu mədəni və ictimai həyatı ilə uyğunluq təşkil edirdi.
Şəhid Süleymaninin Qafqaz cavanlarına və millətlərinə, o cümlədən Azərbaycan xalqına olan baxışı önəmli bir məsələdir.
Şəhid Süleymaninin müavinlərindən, eyni zamanda müqavimət cəbhəsinin komandirlərindən olan General Muhəmmədrza Əsədbeygi bu sözləri Hacı Qasimin Qafqaz məntəqəsinin cavanları və müsəlmanlarına qarşı olan rəftarı barəsində söhbət açarkən deyib.
O, sözünə davam edərək dedi: Hacı Qasim təkidlə deyirdi: Qafqazın şiə xalqı komunist hakimiyyəti dövründə öz şiə kimliyini itirdi. Baxmayaraq ki, Qafqazın bəzi məntəqələrində hələ də camaat öz şiə əqidələrini saxlaya bilmişdilər.

General Əsədbeygi İnqilab Rəhbərinin Qarabağla bağlı mövqeyinə toxunaraq dedi: "İmam Xamenei deyərdi ki, Qarabağ İslam torpağıdır və bu torpaq yolunda həyatından keçən hər bir kəs şəhiddir".
Suriyada HUSEYNİYYUN (Hüseynçilər) ordusunun təşkil olunması

"Suriya böhranı zamanı bu ölkənin daxilində müxtəlif müqavimət qrupları təşkil olundu. Bunlara misal olaraq Zeynəbiyyun, Fatimiyyunu, Hizbullahı göstərmək olar. Bu qrupları müxtəlif ölkələrdən olan sünni və şiələr təşkil edirdilər. Bu qruplardan əlavə, "Hüseyniyyun" adlı qrup da var idi. Hüseyniyyun qrupunun tərkibində azırbaycanlılardan əlavə MDB ölkələrindən olan şiə və müsəlmanlar da yer alırdı. Bu qrupun tərkibində Rusiyadan, habelə, Qafqazdan, Türkiyədən və hətta Avropa ölkələrində yaşayan azəri dilli şiələr də var idi. Bu qrupun üzvlərinin sayı bir o qədər çox olmasa da, üzvləri təsirli, savadlı və şəxsiyyətli dindarlar olduğundan qrup Suriyada öz mövcudluğunu ortaya qoymağı bacardı. Həqiqətən də, yüksək dərəcədə təsirli insanlardırlar. O zaman sayları az olsa da, özlərinə məxsus görkəmə malik idilər. Hacı Qasim Suriyanın döyüş səhnələrində Hüseyniyyunu da görürdü və onlara böyük məhəbbəti var idi. Onlar Suriyada böyük təsirə malik idilər və müsbət rolları var idi. Sadəcə o zaman onların öz ölkələrində təhlükəsizliyi üçün mediada açıq şəkildə barələrində məlumat verilməsinə icazə yox idi.
Şəhid Qasim Süleymaninin Azərbaycan və Qafqaz xalqı barəsində göstərişləri

Hacı Qasim məntəqədə olarkən, müxtəlif müqavimət cəbhələrinin üzvləri ilə görüşərdi. Bu görüşlərin birində Hüseyniyyun qrupunun üzvlərindən biri Hacı Qasimə Hüseyniyyun qrupu və görülən işlər barəsində hesabat verdi və Hacı Qasim həqiqəyən də çox sevindi. Daha sonra da, Hacı Qasimə məndən gileyləndi. Hacıya bildirdi ki, mən onlara əziyyət edirəm və Hüseyniyyun qrupunun bundan daha artıq döyüşçülər qrupuna qoşulmasına mane oluram.
Bu sözlərdən sonra Hacı Qasim narahat olaraq məndən bu barədə izahat verməyimi istədi. Mən də bildirdim ki, məhdudiyyətlər səbəbindən yeni döyüşçülərin qəbulu mümkün deyil və ön cəbhələrdə çox olmaqlarını istəmirik. Çünki bu şəxslərin Suriyada daha çox qalması həm özləri, həm də bizim üçün təhlükəsizlik baxımından pis sonluqla nəticələnə bilər. (Necə ki, bu gün onlardan bəziləri öz ölkələrində həbs olunublar) Hacı Qasim mənim bu sözümə çox narahat oldu və etiraz edərək elə oradaca mənə göstəriş verdi ki, sənin onların qarşısını almağa haqqın yoxdur, əksinə, mütləq onlara lazımi yardımlar göstərilsin.