İsrailin "erməni soyqırımı" oyunu

Məkrli yəhudi planı illərdir hakimiyyət də daxil olmaqla Azərbaycanda ictimai rəyi öz xeyrinə yönəldir, hamının sionistlərə ümid bəsləməsinə, özlərini onlara borclu bilməsinə çalışır.

 Bu hiyləgər metodlardan biri erməni soyqırımının sionist rejim tərəfindən tanınmaması nağılıdır. Bu mövzu Azərbaycanda o qədər təbliğ olunub və beyinlərə yeridilib ki, sanki Azərbaycan beynəlxalq arenada öz heysiyyətini sionistlərə borcludur.

Erməni soyqırımına işğalçı İsrail rejiminin münasibətinə toxunmazdan qabaq mühüm bir məsələni xatırlatmaq zəruridir.

Bir müddət öncə Azərbaycan Milli Məclisində yəhudi icmasını təmsil edən deputat və Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü Yevda Abrahamov (יהודה אברהמוב) iddia etmişdi ki, onun bir zəngindən sonra İsrail knessetində (parlament) erməni soyqırımının qəbul olunmasının qarşısı alınıb”.

 Bu sözləri İSNA xəbər agentliyinə İsrail məsələləri üzrə ekspert Miqdad Həsəni söyləyib. O həmçinin əlavə edib:

“Bu gülünc iddiaya cavab olaraq deyə bilərəm ki, Yevda Abrahamov bəlkə də Azərbaycan və işğalçı İsrail rejimi arasında bütün iqtisadi-siyasi anlaşmalarda vasitəçi rolunu oynaya bilər. Amma o, İsrailin daxili siyasətinə təsir edəcək gücə malik deyil. Əksinə, İsrail rejimi siyasətçilərinə görə, Abrahamov tələskən, emosional və İsraildə yaşayan üç övladından başqa heç nə düşünməyən biridir.

Onun İsraildə yeganə imtiyazı əksəriyyəti müsəlman olan Milli Məclisdə yəhudi kimi təmsil olunması və İsrailə tribuna olma potensialıdır.

Əgər bu iddianı Milli Məclis üzvlərindən Fuad Muradov səsləndirsəydi, haradasa inandırıcı görünə bilərdi. Çünki Fuad Muradov İsraildə Qafqaz məsələləri üzrə məsul şəxs olan Barux Leonun (ברוך ליוייב) himayəsi ilə İsrailin Azərbaycandakı güclü kadrlarından hesab olunur və "Likud" partiyasının sevimli şəxslərindən birinə çevrilməyi bacarıb.

Nə qədər absurd olsa da, fərz edək ki, Yevda Abrahamov xanım Sipi Hotovelinin (ציפי חוטובלי ) və əlavə 41 deputatın fikrini dəyişdirərək erməni soyqırımının tanınmasının qarşısını alıb, bəs erməni soyqırımına dəstək verən və İsrail knessetində kifayət qədər söz sahibi olan Yair Lapid (יאיר לפיד), Haim Oron (חיים אורון) və Tamar Zandberq (תמר זנדברג) kimi tanınmış şəxslər həqiqətənmi Abrahamov qədər nüfuza malik ola bilmədilər?

Əlbəttə ki belə deyil. Əslində, erməni soyqırımı məsələsinin İsrail knessetində qəbul olunmamasının İsrailin öz milli təhlükəsizliyi baxımından məntiqli əsasları var.

Sual budur ki, İsraildə bu qədər nüfuza sahib olmasını bildirən Abrahamov azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsini 2008-ci ildən bu yana nə üçün knessetdə qəbul etdirə bilməyib?

Bəli, Abrahamov sionist rejimlə bu qədər sıx əlaqəsinin olmasına baxmayaraq, hələ də anlaya bilməyib ki, ermənilərin sərt müdafiəçisi və Azərbaycana düşmən mövqe sərgiləyən, Holokost Araşdırmalar Mərkəzinin üzvü Professor Yir Oron (יאיר אורון) (İsrail knessetinin deputatı Haim Oronun qardaşı) kimilər söz sahibi olduğu müddətdə azərbaycanlıların soyqırımı məsələsi İsraildə heç zaman qəbul olunmayacaq.

Erməni soyqırımı ilə bağlı knessetə verilən layihələr, bu mövzu ətrafında aparılan müzakirələrin stenoqramı, sionist rejimi tərəfindən rəsmi tanınmamasının səbəbləri və bununla bağlı səsvermənin nəticələri isə İsrail parlamenti olan knessetin arxivində mövcuddur.

Səbəblər bunlardan ibarətdir:

1) Türkiyədən İsrailə keçən neft boru kəmərinin, eyni zamanda Türkiyə ərazisindən ixrac etmək istədiyi İst Med boru kəmərlərinin təhlükə altına düşmə ehtimalı knesset nümayəndələrini daha çox düşündürür və aydın məsələdir ki, erməni soyqırımının tanınması Türkiyə-İsrail arasında gərginliyin artmasına səbəb olacaq.

2008-ci il martın 26-da knesset toplantısında İosef Şaqal (יוסף שגל) bu layihəyə qarşı çıxma səbəbini Azərbaycanda yaşayan minlərlə yəhudiyə yaranacaq təhlükə ilə izah etmişdi.

Təhlükəsizlik komitəsinin üzvü və "Likud" partiyasının nümayəndəsi Gilad Erdan (גלעד ארדן ) müsahibələrinin birində belə deyirdi: "İsrail ermənilərə qarşı amansız cinayətləri inkar etmir. Biz bu hadisənin qurbanlarından və didərginlərindən xəbərdarıq, onların dərdinə şərik olduğumuzu bildiririk, amma ölkənin mənafeyini də nəzərə almaq lazımdır".

2) Ən əsası, genosid məsələsi beynəlxalq siyasi arenada yalnız holokostla bağlı olmalı və yəhudilərin inhisarında qalmalıdır. Bəzi nüfuzlu knesset nümayəndələrinin fikrinə əsasən, erməni soyqırımını tanımaq dünya miqyasında holokostun mövqeyini zəiflədə və ona rəqib yarada bilər. Amma bütün knesset üzvləri yekdilliklə qəbul edirlər ki, İsrail rejimi Ermənistanda maliyyələşdirdikləri və xalq diplomatiyasının tərkib hissəsi olan QHT-lər vasitəsilə ermənilərin razılığını ala bilər. Bundan əlavə, onların ürəyini bir az da yumşaltmaq üçün erməni soyqırımına dair hər il İsraildə keçirilən tədbirə külli miqdarda pul ayrılır. Həmçinin knesset nümayəndələri həmin anım tədbirində yaxından iştiraklarına və təşkilati dəstəklərinə görə knessetin keçmiş deputatları Yusi Sarid (יוסי שריד) və Yir Saban (יאיר צבן) kimi şəxslərə dəfələrlə təşəkkür ediblər.

Bir sözlə, erməni soyqırımının İsrail rejimi tərəfindən rəsmi tanınmamasının səbəbi onun strateji müttəfiqi olan Azərbaycan respublikası və ya xalqı deyil. Burada əsas amil İsrailin və yəhudilərin mənafeyi və təhlükəsizliyidir. Bu məsələnin rəsmi şəkildə tanınmaması onun inkarı kimi başa düşülməməlidir. Ermənistan xalqını xalq diplomatiyası ilə razı salırlar ki, bu da rəsmi addımlardan daha təsirlidir.

Sionist rejimi Azərbaycanla əlaqələrinin genişləndiyi bir vaxtda Ermənistanla da əlaqələrə başladı. Onlarla münasibətləri əsasən iqtisadiyyat və ticarət sahəsinə aid idi. Bundan sonra isə təhsil, elm, təsərrüfat, səhiyyə, texnologiya, nəqiyyat və digər sahələrdə də bir çox anlaşmalara imza atdılar.

İsraillə Ermənistan arasındakı ticarət dövriyyəsi 2018-ci ildə öncəki ilə nisbətən 30% artmış və bundan əlavə, QHT-lərlə əlaqə daha da genişlənmişdir. Həmçinin bu əlaqələrə parlamentdaxili komissiyalardan tutmuş kiçik ictimai birliklərin yaradılması, İsrailin Ermənistanda koordinasiya və mədəniyyət mərkəzi, habelə Yerevan studiyasının İsraildə fəaliyyəti də daxildir. Təbii ki, bütün bu xəbərlər məqsədli şəkildə Azərbaycan cəmiyyətindən gizlədilir.

Ermənistan-İsrail əlaqələrinin xalq diplomatiyası vasitəsilə hərtərəfli inkişafı sionist rejiminin ictimasi-siyasi dairələrində erməni nüfuzunun artmasına səbəb olub. Yəhudilərin Amerikadakı nüfuzunun kifayət qədər çoxluğunu nəzərə alsaq, ermənilərin işğal olunmuş Fələstin ərazilərində müxtəlif dairələrdə nüfuza malik olması Amerikanın da xeyrinədir. Belə ki ABŞ oradakı ermənilərdən İsrail əleyhinə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

Sionist rejiminin Amerikanın milli təhlükəsizliyinin bir parçası və Amerikanın onun ən böyük himayədarı olmasına baxmayaraq, ABŞ-da erməni və yəhudi lobbiləri arasında böyük rəqabət mövcuddur. Erməni lobbisi öz gücünü artırmaq üçün İsraildə ən mühüm strateji bazalara təsir gücü əldə etməli idi. Amerikanın təzyiq vasitəsinə çevrilmiş ermənilərin nüfuzunu bu gün müxtəlif sahələrdə, hətta strateji yer hesab olunan universitetlərdə də aşkar şəkildə görmək mümkündür. Bir sözlə, İsrail Cənubi-Qafqazdakı maraqlarını təmin etmək üçün öz ərazisində ABŞ nüfuzunun artması və erməni lobbisinin genişlənməsi ilə razılaşıb ki, bu da Azərbaycanın regional mənafeyinə tam ziddir”.

 

İSNA

Bu bölmədə