İmam Musa Sədrin son müsahibəsi

Küveytin "ən-nehzət" qəzeti, 1978-ci ilin sentyabrında, Musa Sədrdən aldığı çox önəmli və məşhur müsahibəni çap edir. Bu müsahibə, həmin ilin 30 avqustunda Liviyanın paytaxtı Trablosda "Əş-şati" otelində , onun oğurlanması bir gün qabaq alınmışdır.

İmam Musa Sədrin son şəkili
İmam Musa Sədr, bu müsahibədə baş verənləri dəqiq təhlil edərək, dünya müsəlmanlarının ərəb dünyasının gələcəkdə üzləşəcəyi problemləri proqnozlaşdırır. Bundan əlavə O, bu problemlərə bais olan amilləri də diqqətə çatdıraraq islam dünyasına xəbərdarlıq edir. İsrail rejiminin gələcəkdəki təhlükəsi, şiə və sünni məzhəbi arasında ixtilaflar fitnəsi, milli qarşıdurmalar həmçinin Musa Sədrin, bu müsahibədə verdiyi proqnozlardandır. Həmin müsahibədən seçilmiş hissələri diqqətinizə çatdırrıq:

- İsrail, özünü ərəb dünyasında məzhəbi və milli azlıqların himayədarı kimi göstərməyə çalışır. Bu addımlar nəinki Livanı, hətta bütün ərəb dünyası və orta şərq regionunun böyük təhlükə ilə təhdid etdiyinin göstəricisidir. Düşmənin çox rahatlıqla sui-istifadə etdiyi ayıq olmayan və ixlassız insanlar, bütün xalqların arasında mövcuddur. Bu da o deməkdir ki, əgər ərəb dünyası yaşanan hazırkı problemi (sionist rejimin Livanın cənub ərazisinin işğalı və Livan daxilində yaratdığı fitnələr) Livanın özündə həll etməsə, uzunmüddətli və dağıdıcı böhranla üzləşəcəklər. Amma əgər bu proqram Livanda uğurla həyata keçərsə, mütləq şəkildə digər ərəb ölkələrinə də öz müsbət təsirini göstərəcək.

- Şiə xalqlarının tayfalarının qarşısında iki çıxış yolu var idi. Ya alçaldıcı sülhlə razılaşmalı idilər, ya da izzət, iftixar və haqqa gedən yolu seçərək, bütün mənafeləri nəzərə alaraq dünyanın hər tərəfində öz övladlarını ayağa qaldırmalı idilər. Təbii ki, onlar ikinci yolu seçdilər və utancverici sülhü rədd edərək, ayağa qalxmağın ağrı və acısını qəbul etdilər

- Livan hadisələri ondan xəbər verir ki, pərdə arxasındakı məsələlər ölkə daxilində baş verən üzdəki məsələlərdən daha geniş əhatəyə malikdir. İcra olunan layihələr, Livanın sərhədlərindən daha böyük ərazi üçün planlaşdırılıb.

- Əgər biz bu gün özünümə gəlməsək sabah israil, hər bir ərəb ölkəsində fəal siyasi güc olaraq, müxalif qruplaşmaların yanında yer alacağını görəcəyik.

- İsrail rejimi, ərəb dünyasının yatmasının təsirindən dünyaya gəlib. Ərəb dünyası da həmçinin İsrail təhlükəsini hiss edib yenicə özünə gəlincə, israil öz nüfuz dairəsini daha da genişləndirmək üçün yollar hazırlamışdı. Bu rejim, 1948-ci ildən bu yana qədər zamanla hərəkət edib və bəzən daha da önə keçə bilib.

-Biz, iş-işdən keçəndən sonra çıxış yolu tapmağı düşünürük! Halbu ki, İsrail zamandan da önə keçərək gələcək üçün proqramlar hazrlayır.

- Qardaşlarımız əllərində olanlar və onu qorumaq üçün çarə düşünməlidirlər. Öz sərvət, qüdrət, dəyərlər, din, ərazi və svilizasiyalarını qorumalıdırlar. Onlara, bütün sahib olduqlarının təhlükədə olması ilə bağlı xəbərdarlıq edirəm.

Bu bölmədə