Böyük alimlər ocağı olan Sədr ailəsi ilə tanışlıq. Sədr ailəsi və İraq şiəçiliyi.

Şəhid Sədr haqqında hamımız az çox eşitmişik, lakin qərara gəldik ki, sizə bu dahi alim və onun ailəsi barəsində daha ətraflı məlumat verək. 

Beləliklə böyük ilahi alimlər haqqında daha yaxından tanışlığımız olsun. Sədr ailəsi böyük ailədir və 7-ci İmam Museyi Kazımın nəslindən gələn Bəni Haşim Seyidləridir. Bu ailədən dünyaca tanınmış böyük alimlər çıxıb. Beləki onlardan biri və ən məhşuru Şəhid Məhəmməd Baqir Əl Sədrdir. Şəhid Sədr, Nəcəf elmi hövzəsinin o zamanki Rəhbəri Seyid Muhsin Əl Həkim və ondan sonra Seyid Sistani kimi alimlərin ustadı olan Seyid ƏbulQasim Xoyinin tələbələrindən olub. Mərhum Xoyinin, Şəhid Sədrin barəsində bu sözləri buyurduğu nəql olunub, "Allah bu Seyidə mənim tələbələrimdən heç birinə vermədiyi bir elm verib." Lakin Şəhid Sədr digər Nəcəf hövzəsinin tələbələrindən fərqli olaraq yalnız fiqhi dərslərlə məşğul olmayıb, o eyni zamanda müsəlman cəmiyətlərin həyatın həll edən siyasi məsələlər ilə də məşğul olub. Bir çox siyasi partiyalarla adı çəkilən Sədr ən sonunda öz partiyası olan Əl dava partiyasını qurdu. Partiya, vilayəti-ümmət nəzəriyyəsi ilə idarə olunurdu (bir növ islami demokratiya), lakin sonradan bu partiyaya üzv olmağı Seyid Sədr özü haram etdi. Kommunizm və marksizm kimi batil nəzəriyələr, Səddam Hüseynin Sovyetlər birliyi ilə yaxın əlaqələr yaratdığı vaxtlarda İraqa hücüm etdi deyə bilərik. Komunizmin din üçün nə qədər böyük təhlükə olduğunu bilən Şəhid Sədr bu batil nəzəriyələrə dərin fəlsəfi bəyan ilə rəddiyə kitabları yazaraq, İraq cəmiyətini dinsizlikdən xilas etdi.

İmam Xomeyni Nəcəfi Əşrəfdə sürgündə olan vaxtlar, Seyid Xoyi İmamın, vilayəti fəqih nəzəriyəsinə rəddiyə yazmasına baxmayaraq, Şəhid Sədr öz ustadından fərqli olaraq İmama dəstək verdi. İmamın dərin fikirləri Şəhid Sədrdə böyük bir təsir qoymuşdu. Həmin dövrlərdə Səddam hələ İraqın başına keçməmişdi, və İraqın o zamanki Prezidenti Əhməd Həsən Əl Bəkr idi. İmam Xomeyni İraq alimlərini Şəriət Qanunları ilə idarə olunan vahid Şiə dövləti qurmağa çağırsada, Şəhid Sədrdən başqa heç kim ona bu işdə dəstək vermədi. Beləliklə İmam sürgün həyatından sonra İrana qayıdıb 1979-cu ildə İslam İnqilabını etməyə müvəffəq oldu. Şəhid Sədr isə İraqda İslam İnqilabını etməyə çalışdı lakin bu işdə müvəffəq olmadı. 1979-cu il İraqda isə ölkənin başına zalim hakim Səddam Hüseyn keçdi. Elə bir zalim hakim ki İmamların hərəmlərin açıq aşkar bombalayır, şiələri öldütdürür, şiə alimlərini zülm ilə edam elətdirir və şiə alimlərinin əlindən isə heç bir şey gəlmirdi. Bəli. Hədislərdə də buyrulduğu kimi o cəmiyyətdə ki əmr be məruf və nəhy əz münkər tərk olundu, Allah o cəmiyyətə zalim hakimi rəhbər qərar verər və o cəmiyyətin hətta salehləri belə dua etsələr, duaları qəbul olunmaz. İranlılar isə Şahı devirməyi və İslam Dövləti qurmağı bacarmışdılar. Bundan sonra Sədr, öz tərəfdar və müqəllidlərini İmam Xomeyninin vilayəti ətrafında toplanmağa dəvət etdi. İran İraq muharibəsi başladığı dövrdə isə Ayətullah Sədr İranın əleyhinə müharibəyə getməyin caiz olmadığı fətvasını verdi. Və bu fətvadan sadəcə 3 gün sonra Sədr, Səddam tərəfindən öldütdürülərək şəhadət məqamına çatdı. Həbsxanada öz bacısı Bintul Hudaya Səddamın polisləri əvvəl təcavüz edib sonra onu necə öldürdüklərini Şəhid Sədrə zorla izlətdirirdilər. Bacısından sonra isə onu öldürüb hətta odla bədənini yandırdılar. Bununlada Səddamın şiələrə verdiyi zülm öz pik həddinə çatdı. Statistikalara əsasən İraqdan həmin dövrdə 5 milyon şiə iraqlı, İrana qaçdı. İmam Xomeynidə onların hamısına vətəndaşlıq verdi. Onların arasında İmam Xomeyniyə dəstək verməyən alimlərin övladları da var idi, ki onlar barədə bir başqa yazımızda məlumat verəcəyik inşallah.

Şəhid Sədrin əmisi oğlu olan və Livan müsəlmanlarının İmamı hesab olunan Seyid Musa Sədrdir. Liviyada Qəddafi dönəmində, 1978-ci ilin Avqust ayının 31-də 50 yaşında ikən bildiyiniz kimi yoxa çıxdı və heç kim günün bu gününə kimi onun harda olduğunu, yaşayıb-yaşamadığını bilmir. Seyid Musa Sədr özü İranda doğulub, ilk təhsilini Tehranda, sonra Muqəddəs Qumda, sonra isə Nəcəfdə alıb. Özünə məxsus siyasi ideologiyası olub və bu ideologiyaya əsasən Livanda sonradan Hizbullahın ondan ayrılıb müstəqil olduğu, Əməl Hərəkatını qurub. Seyid Musa Sədrin İmam Xomeyni ilə də qohumluğu var, beləki Seyid Musa Sədrin qardaşı qızı İmamın oğlu Seyid Əhməd ilə evlənib və eyni zamanda öz oğlu, İmamın nəvəsi ilə evlidir. Seyid Musa Sədrin atası Sədrəddin Əl Sədr İranda ən böyük mərceyi təqlidlərdən olub, babası Seyid İsmail Sədr isə İraqda böyük mərceyi təqlid olub.
İndi isə Şəhid Sədrin bir digər əmisi oğlu Ayətullah Məhəmməd Sadiq Əl Sədr barəsində danışaq, yəqinki bir çoxunuz onun İraqda Səddam Hüseynin polisinə əlindəki əsa ilə muqavimət göstərdiyini internetdə ki, video və şəkillərdə görmüsüz. Oda həmçinin İraqın ən öndə gələn mərceyi təqlidi olmaqla yanaşı, zalim Səddam hökümətinin əleyhinə mucahidcəsinə mübarizə aparan alimlərdən olub. Nəcəfi Əşrəfdə Səddamı ifşa edən cümə xutbəsindən sonra, iki oğlu ilə bərabər maşına minib gedərkən, Səddamın adamları tərəfindən odlu silah ilə atəşə məruz qalaraq şəhid edildilər.

Onun yeganə yaşayan oğlu Seyid Muqtəda Sədrdir. İraqda çox böyük nüfuza malikdir. 40 yaşı var və Sədr Hərəkatı adlanan qruplaşmaya başçılıq edir. Eyni zamanda öz atasının əmisi oğlu yəni Şəhid Məhəmməd Baqir Əl Sədrin qızı ilə evlidir. 2003-cü ildə Səddam, İraq şiələri tərəfindən devrilib edam edildikdən sonra, İraqda yeni hökümətin formalaşmasında böyük rola malik olub. Beləki Mərhum Ayətullah Xoyinin oğlu, ƏbdülMəcid Xoyi İngiltərədən, İngilis koalisiyasının yardımı ilə İraqda demokratik bir hökümət qurmaq üçün qayıtdıqdan sonra, İngilislərlə əlbir olduğu üçün Seyid Muqtəda Sədr tərəfindən öldürüldü. Əvəzində isə Seyid Muqtəda Sədr, Səddam dönəmində, İrana qaçıb 9 il Tehranda yaşayan siyasətçi Nuri Əl Malikini hökümət başına gətirdi. Hal hazırda Əl Maliki İraqın baş naziridir. Səudiyyə Ərəbistan kralının sözlərinə görə Əl Maliki İranın agentidir və elə əzəldən İran, Səddamı devirdikdən sonra dövlət qurub onun başına öz adamlarını oturtmaq arzusunda olub. Ona görədə Səudiyyə Ərəbistanı İraq dövlətinə nifrət edir, elə Səddam devrildiyi ildən etibarən İraqdaki Şiə dövlətinin çökməsi üçün vahabiləri yollayıb bitmək bilməyən terror ilə İraqı qan gölünə çeviriblər. Seyid Muqtəda Sədr öz ailəsinin getdiyi cihad yolu ilə gedib, və 2003 ildən Amerika əsgərlərini İraqdan xaric etmək üçün muxtəlif muharibələrdə iştirak edib. Onun hərbi qruplaşmasının adı Ceyş Əl Mehdi yəni Mehdi ordusudur. Ən sonunda Amerika İraqdan çəkildikdən sonra Sədr istədiyinə nail oldu. Lakin hazırki hökümətdən də razı olmayan Sədr, bir neçə ay bundan öncə bildiyiniz kimi, Maliki hökümətini Amerika ilə əlaqələrini tamamilə kəsməməkdə, İraqda təhlükəsizliyi təmin edə bilməməkdə, Malikini böyük müctehidlərə itaətsizlikdə günahkarlandıraraq, ailəsinin ad sanını qorumaq üçün siyasətdən çəkildiyini elan etdi. Eyni zamanda qərb medyasının iddialarına görə hal hazırda Höccətül İslam olan Seyid Muqtəda Sədr, Muqəddəs Qum şəhərinin elmi hövzəsində Ayətullahul uzma dərəcəsinə çatmaq üçün Fiqh təhsili alır

Bu bölmədə